Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-236/2022 14.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, xx.xx.1976-cı il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Qaradağ rayon Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli, 3(002)-958/2017 saylı, 27 noyabr 2017-ci il tarixli, 3(002)-1575/2017 saylı və 04 oktyabr 2017-ci il tarixli, 3(002)- 1186/2017 saylı icra sənədlərinə əsasən borclu Şəxs ümumilikdə 150 manat məbləğində cərimə edilmişdir. Borclu Şəxs cəriməni ödəmədiyindən Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin o üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qaradağ rayon Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli, 3(002)-958/2017, 27 noyabr 2017-ci il tarixli, 3(002)-1575/2017 və 04 oktyabr 2017-ci il tarixli, 3(002)-1186/2017 saylı icra sənədlərinə əsasən borclu Şəxs ümumilikdə 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraata başlama haqqında qərarlarından görünür ki, 13 sentyabr 2017-ci il tarixli, 3(002)-958/2017 saylı icra sənədi xx.xx.2017-ci il tarixdə, 27 noyabr 2017-ci il tarixli, 3(002)-1575/2017 saylı icra sənədi xx.xx.2018-ci il tarixdə, 04 oktyabr 2017-ci il tarixli, 3(002)-1186/2017 saylı icra sənədi xx.xx.2017-ci il tarixdə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş tələbin könüllü icrası haqqında bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, Şəxs Qaradağ rayon Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli, 3(002)-958/2017 saylı, 27 noyabr 2017-ci il tarixli, 3(002)-1575/2017 saylı və 04 oktyabr 2017-ci il tarixli, 3(002)- 1186/2017 saylı saylı icra sənədlərində göstərilən cərimələrin 10 gün müddətində könüllü olaraq icra edilməsi xahiş olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Qaradağ rayon Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli, 3(002)-958/2017 saylı, 27 noyabr 2017ci il tarixli, 3(002)-1575/2017 saylı və 04 oktyabr 2017-ci il tarixli, 3(002)-1186/2017 saylı qərarlarını icra etməkdən yayınmışdır. İXM-in 529.1-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Maddənin məzmunundan göründüyü kimi, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının icra edilməməsi o halda inzibati məsuliyyətə səbəb olur ki, həmin qərar qanuni qüvvəsini almış olsun, qərar qüvvəyə mindiyi gündən 3 ay keçmiş olsun və bu müddət ərzində qərarın icra edilməməsi üçün qanuni əsaslar olmasın. Bu inzibati xətanın obyektiv cəhəti qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cəriməni ödəməməkdən ibarət hərəkətsizlikdə ifadə olunur. Təqdimata əlavə olunmuş materialdan, eləcə də, icra sənədlərinə baxış zamanı müəyyən olundu ki, Qaradağ rayon Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli, 3(002)- 958/2017 saylı, 27 noyabr 2017-ci il tarixli, 3(002)-1575/2017 saylı və 04 oktyabr 2017-ci il tarixli, 3(002)-1186/2017 saylı icra sənədləri Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olmasından uzun müddət keçməsinə baxmayaraq borclu icra məmuru tərəfindən icra şöbəsinə lazımi qaydada çağırılmamış, onun izahatı alınmamış, borclunun icra sənədlərinin icrası üzrə heç bir məcburi icra tədbirləri görülməmiş, o cümlədən borclunun məcburi gətirilməsi və ya axtarışa verilməsi və borclunun icra sənədini icra etməməsinin səbəbinin aydınlaşdırılması üçün heç bir hərəkət edilməmişdir. Eləcə də, məhkəməyə təqdim edilmiş materialda qeyd edilən qərarların qanuni qüvvəsini alıb-almamasını təsdiq edən barədə heç bir sənəd aşkar edilmədi. Belə olan halda, borclunun əməlində inzibati xəta tərkibinin olması qənaətinə gəlinə bilməz. Ona görə də, Şəxs barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İXM-in 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-236/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-236/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver