Məhkəmə qərarları › İş №3(042)-236/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-236/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-236/2024 17.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonu, Kəlaman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 329.3 və 333.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Polis əməkdaşı onu saxlayan zamanı ona işıq cihazından istifadə qaydalarının pozulması barədə heçnə bildirməmişdir. xx.xx.2024-cü il tarixdə avtomobili sürətlə idarə etmişdir. Lakin ona surətlə əlaqədar olaraq protokol tərtib edilməmişdir. Əgər bu barədə protokol tərtib edilərdisə, bununla razılaşardı. Polis əməkdaşında olan video görüntünün və səs yazısının təqdim edilməsini istəyir. Həmçinin protokolla razılaşmamış və imza etməmişdir. Eləcə də, protokol hadisə yerində tərtib edilməmişdir. Polis əməkdaşları onu duracağa aparmış, orada az müddət qalmış və başqa bir sürücü ilə duracaqdan çıxmış və Sumqayıt şəhərinə getmişdir. O, həmin zaman sərxoş olmamışdır. Sərxoş idisə Sumqayıt şəhərinə qədər necə avtomobil idarə etmişdir. Polis əməkdaşları o getdikdən sonra onun barəsində protokol tərtib etmişdir. Həmin gün yeyib-içmiş və 200- 300 qram araq içmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, sürücü Şəxs idarə etdiyi nəqliyyat vasitəsi saxlanılmış, sərxoş vəziyyədə avtomobil idarə etdiyi və işıq cihazlarından düzgün istifadə etmədiyi müəyyən edilmişdir. Şəxs barəsində protokol tərtib edilərkən sonuncunun il ərzində təkrar sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsi üçün Gədəbəy rayon Polis şöbəsinə gətirilmiş, ona görə hadisə yerində protokol tərtib edilməmişdir. Həmçinin ayıq sürücü tərəfindən iltizam verilməklə avtomobil ayıq sürücüyə təhvil verilmiş və ayıq sürücü şəxsi mənzil başına çatdırmağı öhdəsinə götürmüş, əks təqdirdə məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Həmçinin sürücü işıq cihazlarından düzgün istifadə etməmişdir. Ona görə də, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin YPX ispektoru X3 tərəfindən tərtib edilmiş MN İXP ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə işıq cihazlarından istifadə qaydalarını pozduğuna və nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə onun barəsində İXM-nin 329.3 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan alkotestr yoxlamasının nəticəsinə dair görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş olmuşdur. İXM-nin 329.3-ci maddəsinə görə, İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə görə, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməli İXM-nin 329.3 və 333.1-ci maddələri ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 manat məbləğində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinsin və ona 400 manat məbləğində cərimə inzibati tənbehi təyin edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar