Məhkəmə qərarları › İş №3(042)-237/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-237/2020

08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-237/2020 08.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdəQazaxıstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 15:30 radələrində Gədəbəy şəhəri, Heydər Əliyev prospektində sərxoş vəziyyətdə polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.1990-cı il tarixdə Qazaxıstan Respublikasında anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. xx xxxxxxx 2020-ci il tarixdə Gədəbəy şəhərinə, X3 gilə qonaq gəlmişdir. O, həmin gün Gədəbəy şəhəri, Heydər Əliyev prospektində sərxoş vəziyyətdə olduğuna görə polis əməkdaşları ilə mübahisə etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. O, etdiyi əməldən səmimi peşmandır. Bir də belə hərəkətlərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Gədəbəy RPŞ-nin ƏRQ-nun kiçik inspektor vəzifəsində işləyir, polis serjantıdır. xx xxxxxxx 2020-ci il tarixdə, saat 15:30 radələrində şəhərin Heydər Əliyev prospektində saat dairəsi yaxınlığında hərəkət etdiyi zaman, tanımadığı şəxslər tərəfindən ədəbsiz şəkildə səslənilərək, onunla mübahisə etməyə başlamışlar. O, bir neçə dəfə X1 və Şəxs nizam-intizama dəvət etsə də, onlar hərəkətlərini davam etdirərək qəsdən polisin qanuni tələblərinə məhəl qoymamış, ətrafdakı şəxslərin və ictimaiyyətin diqqətini çəkmişlər. Daha sonra o yaxınlıqda xidmət aparan PPX-nin naryadlarını köməyə çağırmış və Nicat Qənbərovu və Şəxs avtopatrul maşınına əyləşdirərək barəsində qanuni tədbir görülməsi üçün onlar tərəfindən rayon polis şöbəsinə gətirilmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İnzibati xəta üzrə iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixdə Gədəbəy RPŞnin sahə rəisi polis mayoru Rafiq Səfərov tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 15:30 radələrində Gədəbəy şəhəri, Heydər Əliyev prospektində sərxoş vəziyyətdə polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 17:10 radələrində orta dərəcəli sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 15:30 radələrində Gədəbəy şəhərində mübahisə yaradıb ictimai qaydanı pozarkən onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-in 535.1-ci maddəsi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi qanuni, daha ədalətli və məqsədəmüvafiqdir. İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar