Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-237/2021 09.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli, 2(041)-146/2011 saylı icra sənədinə əsasən, Gədəbəy rayonunun Böyük Qaramurad kənd sakini Şəxs hər ay bir nəfər uşaq üçün 50 manat məbləğində aliment tutulub 01.08.2008-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanıb tərbiyə edilməsi üçün anası X3 verilməli və Gədəbəy rayon Məhkəməsinin 09 aprel 2013-cü il tarixli, 2(041)-230/2013 saylı icra sənədinə əsasən, Şəxs 20 may 2010-cu ildə doğulmuş X1 atası olması müəyyə edilmiş, Şəxs 11 fevral 2013-cü ildən başlayaraq Nihat adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Birinci icra sənədi üzrə 20 aprel 2011-ci il tarixdə, ikinci icra sənədi üzrə 12.08.2013-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Hər iki icra sənədi üzrə borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildirişlər göndərilmişdir. Lakin aliment borcunu könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən aliment borcu əsaslı səbəb olmadan ödənilmir. Bununla da borclu aliment borclarını ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin 09.09.2021-ci il tarixli qərarı ilə Gədəbəy rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli, 2(041)-146/2011 saylı və Gədəbəy rayon Məhkəməsinin 09 aprel 2013-cü il tarixli, 2(041)-230/2013 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu icra sənədini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli, 2(041)-146/2011 saylı icra sənədinə əsasən, ondan hər ay bir nəfər uşaq üçün 50 manat məbləğində aliment tutulub 01.08.2008-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanıb tərbiyə edilməsi üçün anası X3 verilməli və Gədəbəy rayon Məhkəməsinin 09 aprel 2013-cü il tarixli, 2(041)-230/2013 saylı icra sənədinə əsasən, onun 20 may 2010-cu ildə doğulmuş X1 atası olması müəyyən edilmiş, ondan 11 fevral 2013-cü ildən başlayaraq Nihat adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Hazırda onun himayəsində üç azyaşlı uşağı vardır. O, iş yeri olmadığına görə borcunu ödəyə bilməmişdir. O, borcundan 500 manat ödəniş edəcəyinə söz verir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli, 2(041)-146/2011 saylı icra sənədinə əsasən, Gədəbəy rayonunun Böyük Qaramurad kənd sakini Şəxs hər ay bir nəfər uşaq üçün 50 manat məbləğində aliment tutulub 01.08.2008-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanıb tərbiyə edilməsi üçün anası X3 verilməli və Gədəbəy rayon Məhkəməsinin 09 aprel 2013-cü il tarixli, 2(041)-230/2013 saylı icra sənədinə əsasən, Şəxs 20 may 2010-cu ildə doğulmuş X1 atası olması müəyyə edilmiş, Şəxs 11 fevral 2013-cü ildən başlayaraq Nihat adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Birinci icra sənədi üzrə 20 aprel 2011-ci il tarixdə, ikinci icra sənədi üzrə 12.08.2013-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Hər iki icra sənədi üzrə borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildirişlər göndərilmişdir. Lakin aliment borcunu könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən aliment borcu əsaslı səbəb olmadan ödənilmir. Bununla da borclu aliment borclarını ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin 09.09.2021-ci il tarixli qərarı ilə Gədəbəy rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli, 2(041)-146/2011 saylı və Gədəbəy rayon Məhkəməsinin 09 aprel 2013-cü il tarixli, 2(041)-230/2013 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli, 2(041)- 146/2011 saylı icra sənədindən görünür ki, Gədəbəy rayonunun Böyük Qaramurad kənd sakini Şəxs hər ay bir nəfər uşaq üçün 50 manat məbləğində aliment tutulub 01.08.2008-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanıb tərbiyə edilməsi üçün anası X3 verilməlidir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 09 aprel 2013-cü il tarixli, 2(041)-230/2013 saylı icra sənədindən görünür ki, Şəxs 20 may 2010-cu ildə doğulmuş X1 atası olması müəyyə edilmiş, Şəxs 11 fevral 2013-cü ildən başlayaraq Nihat adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub- olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, borclu tələbkarlara olan aliment borcundan 500 manat ödəyəcəyinə, qalan borcu isə hissə-hissə ödəyəcəyinə söz verir. Bu hal isə borclunun icra sənədinin icrasından qərəzli boyun qaçırması halını təkzib edir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-237/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-237/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver