Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-238/2022 09.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2018-ci il tarixli, MN ******* saylı və xx.xx.2018-ci il tarixli, MN ******* saylı qərarlarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2018-ci il tarixli, MN ******* saylı və xx.xx.2018-ci il tarixli, MN ******* saylı qərarlarından şikayət verərək həmin qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2018-ci il tarixli, MN ******* saylı və xx.xx.2018-ci il tarixli, MN ******* saylı qərarları ilə Azərbaycan Respubklikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin qərarlarla müvafiq olaraq, hər qərar üzrə 300 manat, cəmi, 600 manat inzibati qaydada cərimə edilmişdir. Lakin o, həmin əməli törətməmiş, törətmədiyi əmələ görə iki dəfə inzibati məsuliyyətə cəlb edilmiş, həmçinin onun inzibati məsuliyyətə cəlb edilməsi haqqında şikayətçidən ərizə alınmamış, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarı barəsində şikayət verilmiş şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, Gədəbəy Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını və işdə olan sənədləri təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2018-ci il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən 300 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2018-ci il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən 300 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X1 Rayon Polis Şöbəsinin xx.xx.2018-ci il tarixli, MN ******* saylı və xx.xx.2018-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarlarından şikayət verərək, həmin qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Gədəbəy Rayon Polis Şöbəsinin müvafiq qərarları ilə X5 eyni əmələ görə iki dəfə məsuliyyətə cəlb edilmiş, həmçinin şikayətçidən X2 inzibati məsuliyyətə cəlb edilməsi haqqında ərizə alınmamışdır. Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2018-ci il tarixli, MN ******* saylı və xx.xx.2018-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarları ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2018-ci il tarixli, MN ******* saylı və xx.xx.2018-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarları ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-238/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-238/2022
09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver