Məhkəmə qərarları › İş №3(042)-238/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-238/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-238/2024 04.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 602.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Gəncə Regional X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən çörək sexində xx.xx.2024-cü il tarixdə yanğın-texniki müayinə keçirilməsi məqsədi ilə olduqları zaman sahibkar Şəxs tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməmiş, yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı izahatlar verməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal emal müəssisələrinə, anbarlara, satiş sahələrinə habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamış və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Gəncə Regional X7 İdarəsi Şəxs 602.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərək toplanmış materialla birlikdə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o, atasına məxsus obyektdə çörək bişirib satır. Onun adına VÖEN olmuş, daha sonra bağlatmışdır. O, həmin yerdə işləyib uşaqlarına baxır. Onların işlədiyi küçədə bir neçə çörək sexi vardır. Bir tək ondan şikayət olunmuşdur deyə onun barəsində protokol tərtib edilmişdir. X7 Xidməti Gəncə Regional X7 İdarəsinin əməkdaşları onlara məxsus çörək sexinə gəlmişlər və keçmiş ərinin ondan şikayət etdiyini bildirmişlər. Onların çörək sexində yanğın təhlükəsizliyi ilə bağlı yanğın balonu vardır. Çörək sexinin isə ayrıca hər hansı sənədi yoxdur. Evin üzərində sənədləşmişdir. O, Gəncə Regional X7 İdarəsinin əməkdaşlarından sənədləşmə ilə bağlı ona bir nümunə göstərilməsini və o da həmin qaydadalara əməl etməsini istəmişdir. Onların küçəsində digər çörək sexləri də eyni qaydada, onun kimi fəaliyyət göstərir.Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, X7 Xidməti Gəncə Regional X7 İdarəsinin X7 şöbəsinin inspektoru vəzifəsində işləyir. X2 şikayəti əsasında Şəxs fəaliyyət göstərdiyi Gədəbəy rayonu, Miskinli kəndində yerləşən çörək sexində yoxlamada olmuşlar. Yoxlama zamanı müəyyən edilmişdir ki, çörək sexi fərdi yaşayış evinin bir hissəsi kimi fəaliyyət göstərir, obyetdə isə yanğın təhlükəsizliyi ilə bağlı sadəcə yanğın balonu olmuşdur. Şəxs qanuni fəaliyyəti üçün fəaliyyət göstərilən obyekt qeyi-yaşayış sahəsə çevirilməli, daşınmaz əmlak yanğından icbari qaydada sığortalanmalı, siqinalzasına çəkilməli, elektirik naqillərinin saz və ya nasaz olub-olmaması barədə sənəd təqdim olunmalı və digər qaydalara əməl olunmalıdır. Bu barədə Şəxs yazılı bildiriş göndərilmişdir. Şəxs tərəfindən heç bir yanğın təhlükəsizliyi ilə bağlı qaydalara əməl edilmir. Həmçinin Şəxs yoxlamaya aid sənədlərin təqdim edilməsini tələb etsə də, sonuncu yoxlama prosesinə aid sənədlərin təqdim etməmiş, yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı izahatlar verməmiş və mağazaya baxış keçirilməsinə şərait yaratmamışdır. Ona görə də, Şəxs barəsində İXM-nin 602.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. X4 məhkəmə iclasında bildirdi ki, o, X7 Xidməti Gəncə Regional X7 İdarəsinin X7 şöbəsinin böyük inspektoru vəzifəsində işləyir. X2 şikayəti əsasında o da yoxlamada iştirak etmişdir. Yoxlama zamanı onlar Şəxs fəaliyyət göstərdiyi Gədəbəy rayonu, Miskinli kəndində yerləşən çörək sexində olmuşlar. Şəxs fəaliyyət göstərdiyi sexdə yanğın təhlükəsizliyi qaydalarına əməl etmir. Eləcə də, Şəxs onlara çörək sexi ilə bağlı yoxlamaya dair hər hansı sənəd təqdim etməmişdir. Sexin sənədləri olmadığı təqdirdə ən azından fərdi yaşayış evinin sənədlərini onlara təqdim edə bilərdi. Lakin Şəxs bundan imtina etmişdir. Hazırda Şəxs fəaliyyət göstərdiyi obyetdə yenidən yoxlama təyin edilərsə onlar tərəfindən həmin obyektdə yenidən yoxlama aparıla bilər. İnzibati xəta üzrə iş materialda olan inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Gəncə Regional X7 İdarəsi Şəxs barəsində Gədəbəy rayonu, Miskinli kəndində yerləşən Çörək sexində xx.xx.2024-cü il tarixdə plandankənar yanğın-texniki müayinəsi zamanı obyekt sahibi tərəfindən heç bir şərait yaradılmadığına görə İXM-in 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta üzrə iş materialda olan xx.xx.2024-cü il tarixli, 3908 saylı “yanğıntexniki müayinən aparılması haqqında qərardan və ona əlavə edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən Şəxs məxsus çörək sexində xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə yanğın-texniki müayinənin aparılması qərara alınmışdır. İnzibati xəta üzrə iş materialda olan xx.xx.2024-cü tarixli yanğın-texniki müayinə aktından və xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən çörək sexində xx.xx.2024-cü il tarixində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin çıxarışına əsasən plan yanğın-texniki müayinə keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixdə sözügedən obyektdə müayinə keçirilməsi məqsədi ilə olduqları zaman sahibkar tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməmiş, yoxlama zaman yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməmiş , sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssələrinə, anbarlara, satış sahələrinə habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə əsasən, Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən olundu ki, inzibati xəta hadisəsinin baş verməsini təsdiq edən sübut yoxdur. Şəxs yoxlamaya aid sənədlərini yoxlayıcıya təqdim etməməsi və ya baxış keçirilməsinə mane olması halı aşkar olunmur. Belə ki, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu sex adlandırılan yer fərdi yaşayış evinin tərkib hissəsi olmuş, baxış keçirilməsi üçün gəlmiş şəxslər həmin obyektə daxil olmuşlar, obyektin sahibkarlıq fəlaiyyəti üçün heç bir sənədlərinin olmamasını və fəaliyyət üçün nəzərdə tutulan avadanlıqların olmamasını görmüşlər. Odur ki, İXM-nin 602.4-cü maddəsində göstərilən halların heç biri mövcud deyil. Həmçinin sahibkar Şəxs səlahiyyətli vəzifəli şəxs tərəfindən müayinənin keçirilməsinə şərait yaradılmasına dair müvafiq bildiriş göndərilməsinə və ya bildirişin sahibkar tərəfindən alınmasına dair inzibati xəta haqqında materialda hər hansı sənəd yoxdur. İXM-in 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar