Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-240/2024 19.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 və qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Qazax- Tovuz regional şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilməsini qərara almışdır. X1 qərardan şikayət verərək, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X6 şikayətini onunla əsaslandırmışdır ki, o, Qarabağ- Zəngəzur İqtisadi rayonlarında hazırda aparılan abadlıq və tikinti işlərində özünə məxsus avtomobilləri işlədir. Ailəsinin dolanışığını təmin edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X5 tərəfindən barəsində heç bir qanuni araşdırma aprılmadan MN ******* nömrəli 06 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əqbul edilmişdir. Həmin qərarın qəbul edilməsinə səbəb olmuş 24 iyul 2024-cü il tarxli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl ünvanına göndərilmiş məktubun məzmunundan görünür ki, X12 ilə bağlı “Qarabağ və X14 rayonlarına giriş” informasiya sistemində giriş-çıxış icazəsi alınmışdır. Lakin həmin şəxsin onunla işləyib-işləməsi ilə bağlı hər hansı araşdırma aparılmamış, şəxsin izahatı alınmamış, hər hansı sübut əhəmiyyətli material toplanmadan qərəzli olaraq onun barəsində şikayət edilmişdir. X12 həmin əraziyə işlə tanış olmaq üçün gedib və həmin işi bəyənmədiyi və öhdəsindən gələ bilməyəcəyi üçün üçün geri qayıtmış və ona hər hansı iş görməmişdir. Buna görə işləməkdən imtina etmiş və nəticədə lüzumsuz yerə əmək müqaviləsi bağlamamışlar. İnzibati xəta haqqında materialın toplayan təşkilat isə mövcud qanunvericiliyin tələblərini nəzərə almamaqla öz mülahizəsinə uyğun olaraq onun barəsində qanunsuz və əsassız inzibati xəta haqqında protokol və qərar qəbul etmişdir. Hazırda həmin qərarın ləğv edilməsini tələb edir. O, məktubda adı göstərilmiş X12 ilə əmək müqaviləsi bağlanmamış işə cəlb etməmişdir. Qərardan şikayət vermiş şəxs X6 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, X6 “Qarabağ və X14 rayonlarına giriş” informasiya sistemində işğaldan azad edilmiş ərazilərdə iş icazəsi aldığı X7 adına Nazirliyin “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Ona görə də, X2 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki iş materiallarında olan 23 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və 06 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə X10 Xidmətinin Qazax-Tovuz regional şöbəsi tərəfindən X2 barəsində İXM-nin 192.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 3000 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında materialda olan X10 Xidmətinin Qazax-Tovuz regional şöbəsi tərəfindən X3 ünvanlanmış məktublardan görünür ki, X6 “Qarabağ və X14 rayonlarına giriş” informasiya sistemində işğaldan azad edilmiş ərazilərdə iş icazəsi aldığı X7 adına Nazirliyin “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, X2 əməlində ona istinad edilən İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xata tərkiblərinin yaranması üçün X2 qeyd edilən fiziki şəxsləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla X6 tərəfindən X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və ya əmək müqaviləəsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Məhkəmədə müəyyən edilmişdir ki, protokol tərtib etmiş orqan X6 tərəfindən X12 barəsində işğaldan azad edilmiş əraziyə girişinə icazə üçün müraciət edilməsini onun Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirmiş, inzibati araşdırma aparmadan X2 inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib etmişdir. Qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, inzibati protokol tərtib edildiyi zaman X6 tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədilib-törədilməməsi araşdırılmamış, əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiyi istinad edilən şəxsin izahatı alınmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin vəzifəli şəxsi yalnız öz subyektiv mülahizələrinə əsasən X2 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.1 və 53.1.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-240/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-240/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver