Məhkəmə qərarları › İş №3(042)-242/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-242/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-242/2022 30.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Göyəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Şəxs hər ay 3 uşağın yetkinlik yaşına çatanadək, saxlanılması üçün cəmi, 409.8 manat aliment alınaraq, X2, Gədəbəy Rayon Notariat Kontorunun xx.xx.2019cu il tarixli icra sənədinə əsasən 5785.04 manat alınaraq, "xxxx" ASC-ə verilməlidir. İcra sənədləri Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu icra mərhələsində icra sənədi üzrə ödəniş edə bilməyəcəyini bildirmişdir. Hazırda borclunun ödənilməmiş 27460.8 manat aliment borcu yaranmışdır. Borclu dəfələrlə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilməsinə baxmayaraq, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən imtina etmiş, bununla da icra məmurunun qanuni tələblərini icra etməkdən qərəzli şəkildə imtina etmişdir. Ona görə də, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Şəxs hər ay 3 uşağın yetkinlik yaşına çatanadək, saxlanılması üçün cəmi, 409.8 manat aliment alınaraq, X2, Gədəbəy Rayon Notariat Kontorunun xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 5785.04 manat alınaraq, "xxxx" ASC-ə verilməlidir. Onun hazırda 27460.8 manat aliment borcu var. Əgər ona vaxt verilərsə sentyabr ayının sonunadək aliment borcundan müəyyən ödənişlər edə bilər. Ona görə də ona yüngül tənbeh verilməsini xahiş edir. İşdə olan borclunun axtarışı haqqında qərardan görünür ki, X7 barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bələliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, borclu Yusibov X4 Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icrası ilə əlaqədar aliment borcundan ödənişlər etməmiş, onun 27460.8 manat aliment borcu yaranmış, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində axtarış elan edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Həbsdə saxlamanın əvvəli 30 avqust 2022-ci il tarixdən, saat 1100-dan hesablansın. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar