Məhkəmə qərarları › İş №3(042)-244/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-244/2020

12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-244/2020 12.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Gədəbəy rayonu, Arıqıran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 11:40 radələrində Gədəbəy rayon Polis şöbəsinin qarşısında polisin qanuni tələbinə tabe olmayaraq qanunu qəsdən pozmuşdur. Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.1970-ci il tarixdə Gədəbəy rayonu, Arıqıran kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayır. O, Gədəbəy rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkilli Şahid tərəfindən X2 danası oğurlamasında şübhəli bilinərək xx xxxxxxx 2020-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinə dəvət olunmuşdur. O, polis əməkdaşlarına heç bir müqavimət göstərmədən, polis əməkdalarının qanuni tələblərinə tabe olaraq Gədəbəy rayon Polis şöbəsinə gəlmişdir. O, dananı oğurlamasını əvvəlcə qəbul etməmiş, daha sonra axşam Gədəbəy RPŞ-nin inzibati binasında qalmış və axşam dananı oğurlamasını qəbul etmişdir. O, dananı oğurlayaraq bazar gətirmiş və orda satmışdır. O, həmin zaman Gədəbəy RPŞ-nin inzibati binasında ucadan səs-küy salmış, ancaq heç bir söyüşdən istifadə etməmiş, polis əməkdaşlarına müqavimət göstərməmişdir. Ona görə də hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Şahid məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Gədəbəy rayonu, Arıqıran kəndi onun xidməti ərazisidir. Belə ki, o, Arıqıran kənd sakini X2 xx.xx.2020-ci il tarixdə, Gədəbəy RPŞ-yə yazmış olduğu şikayət ərizəsi əsasında, həmin tarixdə saat təxminən 11:40 radələrində Arıqıran kənd sakini Şəxs Gədəbəy RPŞ-yə dəvət edən zaman Şəxs Gədəbəy RPŞ-nin inzibati binasınında otaqda sorğu-sual aparılarkən əməlini etiraf etməmiş, özünü qeyri-səmimi apararaq ucadan səs-küy salmış onun qanuni tələblərinə tabe olmamışdır. O, Şəxs nizam-intizama dəvət etsə də Şəxs hərəkətlərinə davam etmişdir. Ona görə də o Şəxs barəsində qanuni tədbir görülməsi üçün raport tərtib etmişdir. Şahid X5 məhkəmə iclasında Şahid izahatı ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində həmin maddə ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta üzrə iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixdə Gədəbəy RPŞnin sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 11:40 radələrində Gədəbəy rayon Polis şöbəsinin qarşısında polisin qanuni tələbinə tabe olmayaraq qanunu qəsdən pozmuşdur. İXM-in 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Maddənin məzmunundan aydın olur ki, polisin qanuni tələbinə qəsdən tabe olmama o halda olur ki, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra etsin və bu zaman inzibati xəta törətmiş şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmasın. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Məhkəmə iclasında müəyyən edildi ki, Aslanov X1 sakini X2 xx.xx.2020-ci il tarixdə, Gədəbəy RPŞ-yə yazmış olduğu şikayət ərizəsi əsasında, həmin tarixdə saat təxminən 11:40 radələrində Arıqıran kənd sakini Şəxs Gədəbəy RPŞ-yə dəvət edən zaman Şəxs Gədəbəy RPŞ-nin inzibati binasında qarşısında özünü qeyri-səmimi apararaq ucadan səs-küy salmış polisin qanuni tələblərinə tabe olmamışdır. Şəxs polisin qanuni tələbinə tabe olmaması barədə heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. MN ******* nömrəli, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. İXM-nin 535.1-ci maddəsinin inzibati xəta tərkibi şəxs polisin qanuni tələbinə tabe olmadıqda yaranır. Bunun üçün isə polisin tələbləri qanuni olmalıdır. Məhkəmədə müəyyən edildi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gədəbəy rayon Polis şöbəsinə dəvət olunmuş, dəvət olunan zaman o heç bir hüquqa zidd hərəkət etməmişdir. Şəxs polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Barəsində icraat aparılan şəxs etdiyi oğurluq əməlini etiraf etməmiş, bununla əlaqədar özünü müdafiə hüququndan istifadə edərək polis şöbəsində səs-küy salmışdır. Bu halda o, şübhəli statusunda olduğundan özünü müdafiə etmək üçün verilən suallara yalan cavab vermək hüququ yaranmışdır. Beləliklə, barəsində icraat aparılan şəxsin ucadan danışması və səsküy salması qanun pozuntusu kimi qəbul edilməməlidir. Bu hərəkətlər şəxsin polisin qanuni tələblərinə tabe olmaması kimi qiymətləndirilməməlidir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında şəxsin əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy RPŞ-nin sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* №-li saylı inzibati xəta haqqında protokola əsasən bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, Şəxs təqsiri sübuta yetirilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 77, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar