Məhkəmə qərarları › İş №3(042)-246/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-246/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-246/2023 19.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X2 və X1 iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olan Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. Çoban işləyir. Nigar onun bibisinin nəvəsidir. Bibisi Şəmkir rayonunda yaşamışdır. O, Şəmkir rayonunda heyvan otararkən ara-sıra bibisigilə gəlib-getmişdir. Təxmini bir il bundan əvvəl bibisigilə gəldiyi zaman bibisi ona paltar və 100 manat məbləğində borc pul vermişdir. Bibisi vəfat etmişdir. Bibisi qızı ilə mübahisə də borc aldığı 100 manat məbləğində pulu qaytarmadığına görə olmuşdur. Borcun yerinə bir baş quzu verəcəyini bildirmişdir. Nigar onların yaşadığı evə gəlmiş və pulu tələb etmişdir. O, həmin vaxt arvadına əsəbləşdiyinə görə əsəbi danışmışdır. Nigar ondan şikayət etmiş və Gədəbəy RPŞ-nə dəvət edilmişdir. Polis şöbəsində izahatı alınmışdır. Əməlindən peşmandır. Üzr istəyir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbsə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında bildirdi ki, 2011-ci il tarixdən ticarətlə məşğul olur. S.İslamyılov onun qohumudur. Şəxs ona borcu vardır. Şəxs 450 manat məbləğində paltar satmışdır. Nənəsi 3 ildir ki vəfat etmişdir. Şəxs ona olan borcunu qaytarmasını dəfələrlə bildirsə də, Şəxs borcu qaytarmamışdır. O, borcunu tələb etmək üçün Şəxs yaşadığı evə gəlmişdir. Şəxs özünə məxsus 50 baş heyvanı vardır. Onların evlərinin qarşısında olan zaman Şəxs və arvadının heyvanlarını gətirərək gəldiyini görmüşdür. Şəxsdan pulunu tələb edən zaman sonuncu onunla kobud danışaraq qapıdan qovmaq istəmiş və həyətində olan itləri açıb onun üstüna buraxacağını bildirmişdir. Ona qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra o polis şöbəsinə gəlmiş və ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən Şəxs polis şöbəsinə dəvət edilmişdir. Şəxs polis şöbəsinə gəldiyi zaman da pulunun qaytarılmasını tələb etmişdir. Şəxs Gədəbəy RPŞ-də ona qarşı böhtan xarakterli sözlər söyləmiş və səs-küy salmışdır. Polis əməkdaşlarının tələblərinə də tabe olmamışdır. Şəxs şikayətçidir. Zərərməkmiş şəxs X4 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy RPŞ-nın İTB-nin rəisi vəzifəsində işləyir. Şəxs bundan əvvəl də Gədəbəy RPŞ-nin inzibati binasında səsküy saldığına və polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və məhkəmənin qərarı ilə Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Zərərçəkmiş şəxs X10 rayon Polis şöbəsinə Şəxs ona olan borcu ilə bağlı müraciət etmişdir. X6 tələbinin mülki xarakterli olduğunu və bununla bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Budan sonra Nigar Kılıç Şəxs onun qohumu olduğunu və borcunu gedib özünün tələb edəcəyini bildirdi. Bundan sonra 18 iyul 2023-cü il tarixdə Nigar Kılıç yenə Gədəbəy RPŞnə gəlmiş və Şəxs onların üzərinə itlərini buraxdığını bildirmişdir. Onlar da bununla bağlı Şəxs Gədəbəy RPŞ-nə dəvət etmişdir. Şəxs polis şöbəsinə gəlmiş və onun izahatı alınan zaman Nigar Kılıça borcunun qarşılığında bir baş quzu verə biləcəyini bildirmiş, Nigar isə onunla razılaşmamışdır. Bu zaman Şəxs səs-küy salmağa başlamış və Nigara polis əməkdaşları ilə əlaqəsinin olduğunu bildirmiş və Nigara qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs səs-küy salmamağa və nizam-intizama dəvət etsələr də, sonuncu hərəkətlərini davam etdirmişdir. Ona görə də barəsində tədbir görülməsi üçün İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs yaşadığı yer üzrə də müsbət xarakterizə olunmur və qonşuları ilə də tez-tez mübahisə edir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X7 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi qanuni, daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar