Məhkəmə qərarları › İş №3(042)-246/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-246/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-246/2024 17.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərdən ibarət material daxil olmuşdur. İşin icraata götürülməsinin mümkünlüyü məsələsini yoxlayarkən müəyyən olunmuşdur ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-509/2024 saylı icra sənədinə əsasən, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)- 648/2018 saylı qətnaməsi ilə 10 yanvar 2016-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs iddiaçı X1 xeyrinə tutulan 110 manat alimentin miqdarı artırılaraq, hər ay sabit pul məbləğində 235 manat aliment cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Məhkəmə qeyd edi ki, Şəxs aylıq 150 manat pensiya alır və aliment ödənişi pensiya məbləğinin 110 manat hissəsinə yönəldilmişdir. Eləcə də, icra məmuru tərəfindən borcluların əmlak məlumatları barədə elektron sistem vasitəsi ilə yoxlama aparılsa da, borclunun mülkiyyətindən başqa daşınar və ya daşınmaz əmlakların olub-olmaması ilə bağlı aidiyyəti orqanlara sorğular göndərilməmiş, əmlaklarının mövcudluğu faktiki olaraq yerində yoxlanılmamış və Şəxs barəsində İXM 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, icra məmuru bütün zəruri icra tədbirlərini görmədən borclunun barəsində protokol tərtib edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs barəsində toplanmış inzibati xəta haqqında materialı natamam olduğundan Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar