Məhkəmə qərarları › İş №3(042)-246/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-246/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-246/2025 18.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 10 avqust 2025-ci il tarixdə Biləsuvar keçid məntəqəsindən keçməklə 14AA563/14AA564 nömrə nişanlı nəqliyyat vasitəsilə daşınaraq "xxxx" MMC-nin ünvanına gələn və **********8929 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş "Werton" nişanlı silindr formalı qazla işləyən tutumlu su qızdırıcıları yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsi elektron formada tərtib edilib göndərilmədiyi aşkar olunmuş və bu barədə Əməliyyat və Təhqiqat şöbəsinə xx.xx.2025-ci il tarixli 3-33- 1600/012/002942 saylı Raport daxil olmuşdur. Gədəbəy rayonu, Ataxal kəndində qeydiyyatda olan "xxxx" MMC barəsində aparılan araşdırma ilə əlaqədar olaraq MMC-nin ünvanına xx.xx.2025-ci il tarixli 3-33-1600/2- 000980/2025 saylı məktub qöndərilərək, xx.xx.2025-ci il tarixdə Gəncə Gömrük İdarəsi X6 (Əməliyyat və Təhqiqat Şöbəsi) dəvət olunmuşlar. Bundan əlavə xx.xx.2025-ci il tarixdə MMC-nin rəsmiləşdirmə üzrə nümayəndəsi X3 məxsus olan 055 ***-**-** mobil nömrə ilə əlaqə saxlanılaraq araşdırma ilə bağlı X6 dəvət edilmişdir. O, səhhəti ilə əlaqədar olaraq gələ bilməyəcəyini bildirərək, iştirakı olmadan MMC barəsində Protokol tərtib edilərək aidiyyəti üzrə göndərilməsin ibildirmişdir.Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Çöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə 00900-00280/25 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmagla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir. X4 verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydalarının" təsdiq edilməsi haqqında AzərbaycanRespublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir)saat əvvəl verilməlidir. Ona görə də,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-cİ maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC yə lazımi qaydada məlumat verilmiş, lakin nümayəndələrinin məhkəmə iclasınada iştirakını təmin etməmişlər gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan inzibati xəta haqqında protokolunun surətindən görünür ki, **-AA-*** və **-AA- *** dövlət nömrə nişanlı nəqliyyat vasitələri ölkə ərazisinə xx.xx.2025-ci il tarixdə saat 10:54-də daxil olmuş və X4 elektron qaydada göndərilmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 485.2-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda X4 mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, **-AA-*** və **-AA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri ölkə ərazisinə xx.xx.2025-ci il tarixdə saat 10:54də daxil olmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən həmin nəqiyyat vasitələri ilə gətirilən materiallar və məmulatlarla əlaqədar Qısa idaxal Bəyanməsi elktoran qaydada imzalanmamış və portala yerləşdirilməmişdir.Yəni, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrinin rəhbər tutaraq, qərara aldı : "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 1500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar