Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-247/2023 22.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil və Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1999-cu il tarixdə Gədəbəy rayonun, Şəkərbəy kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, evli, işsiz, himayəsində azyaşlı uşaqları olan, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 327.2. və 332.4-cü maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən 19 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki,o, Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşayır. O, 23 iyun 2023-cü il tarixdə nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadan “VAZ 21213 minik” markalı, **-LJ-*** nəqliyyat vasitəsi ilə Gədəbəy rayonu, Arıxdam kəndi ərazisindən bazar istiqamətində hərəkətdə olan zaman qarşı hərəkət zolağından gələn Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes BENZ C180” minik markalı avtomobillə toqquşma törətmişdir. Hadisə zamanı sərxoş olmamışdır. Hadisədən sonra Sərxoşluq müayinəsindən keçmişdir. Maddi vəziyyəti yaxşı deyil.Əməlindən peşmandır. Odur ki, qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi çıxış edərək bildirmişdir ki, 23 iyun 2023-cü il tarixdə Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərkən qəza baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ruhi xəstəlik var. Qərar çıxarılarkən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, “Mercedes Benz C180” mikik markalı, **-EH-*** qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. Gədəbəy rayonun, Şəkərbəy kənd sakini Şəxs əvvəllər tanımamış və onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Gədəbəy rayonu, Arıxdam kəndi ərazisindən rayon mərkəzi bazarına tərəf hərəkətə olan zaman əks istiqamətindən gələn Şəxs idarə etdiyi “VAZ21213”minik markalı, **-LJ-*** nömrə nişanlı avtomobil ilə sol tərəfə dönmək istəmişdir. O, bir neçə dəfə səs siqnalı ilə xəbərdarlıq etmiş, lakin Şəxs təqsiri səbəbindən toqquşma baş vermişdir. Toqquşma zamanı ona ziyan dəymişdir. Ona vurulmuş zərərin ödənilməsini xahiş edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, 18 iyul 2023-cü il tarixdə Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə tərtib edilmişdir. İşdə olan cinayəti işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Şəxs Yüngül Dərəcəli əqli gerililik davranış pozuntusu ilə XBT-10(psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olması səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və ya onları idarə etmək iqtirarında olmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsirli hərəkəti səbəbindən zərərçəkmişin nəqliyyat vasitəsilə toqquşma baş vermiş, yəni, o, Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona sanksiyasında daha ağır tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-247/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-247/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver