Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-248/2020 13.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1980-ci ildə Gədəbəy rayonu, Novosaratovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-4901/2015 saylı icra sənədinə əsasən, xx xxxxxx 2015-ci il tarixdən başlayaraq xx xxxxxx 2011-ci il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 verilməlidir. İcra sənədi xx.xx.2016-cı il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin aliment könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o aliment borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu barəsində axtarış elan edilmiş və xx xxxxxx 2020-ci il tarixdə polis vasitəsilə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilmiş, borcluya aliment borcunu ödəməsi təklif edilmişdir. Borclu aliment borcunu ödəyəcəyini söz vermiş, buna görə də borclu buraxılmışdır. Bundan sonra borclu yenə də aliment borcunu ödəməmiş, borclu barəsində yenidən axtarış elan edilmiş və o, xx xxxxxxx 2020-ci il tarixdə polis vasitəsilə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən aliment borcu əsaslı səbəb olmadan ödənilmir. Bununla da borclu aliment borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-4901/2015 saylı icra sənədinə əsasən, ondan xx xxxxxx 2015-ci il tarixdən başlayaraq xx xxxxxx 2011-ci il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Onun daimi iş yeri yoxdur. O, Gədəbəy rayonunda və Bak şəhərində fərdi əməklə məşğul olur. O, maddi imkanı olmadığına görə aliment borcunu ödəyə bilməmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-4901/2015 saylı icra sənədinə əsasən, xx xxxxxx 2015-ci il tarixdən başlayaraq xx xxxxxx 2011-ci il təvəllüdlü X6 və xx xxxxxx 2011ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 verilməlidir. İcra sənədi xx.xx.2016-cı il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin aliment könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o aliment borcunu ödəməyəcəyini bildirmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu barəsində axtarış elan edilmiş və xx xxxxxx 2020-ci il tarixdə polis vasitəsilə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilmiş, borcluya aliment borcunu ödəməsi təklif edilmişdir. Borclu aliment borcunu ödəyəcəyini söz vermiş, buna görə də borclu buraxılmışdır. Bundan sonra borclu yenə də aliment borcunu ödəməmiş, borclu barəsində yenidən axtarış elan edilmiş və o, xx xxxxxxx 2020-ci il tarixdə polis vasitəsilə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borcluya 11800 manat aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən aliment borcu əsaslı səbəb olmadan ödənilmir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Quliyev X7 rayon İcra və probasiya şöbəsinə daxil olmuş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)- 4901/2015 saylı icra sənədini üzürsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə Şəxs icra sənədinin icra olunmasından boyun qaçırmasına və icra məmurun qanuni tələblərini yerinə yetirməməsinə dair gətirdiyi arqumentləri heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 15 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlamanın əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-248/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-248/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver