Məhkəmə qərarları › İş №3(042)-251/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-251/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-251/2024 28.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasovun iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanıda qeydiyyatda olan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Şəxs İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Şəxs İXM-nin 211-ci maddəsi ilə 100 manat məbləğində, Sumqayıt Şəhər Dövlət X2 xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Şəxs İXM-nin 211-ci maddəsi ilə 100 manat məbləğində, Sabunçu Rayon Dövlət X2 xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Şəxs İXM-nin 211.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Borclu Şəxs oğlu borcunu ödəmədiyindən Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüsyenov tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin o üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasov məhkəmə iclasıdna izahat verərək bildirdi ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Şəxs İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Şəxs İXM-nin 211-ci maddəsi ilə 100 manat məbləğində, Sumqayıt Şəhər Dövlət X2 xx.xx.2020ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Şəxs İXM-nin 211-ci maddəsi ilə 100 manat məbləğində, Sabunçu Rayon Dövlət X2 xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Şəxs İXM-nin 211.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin cərimə məbləğləri Şəxs tərəfindən ödənilmir. Ona görə də, Şəxs barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 529.1-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.[24] “Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2023-cü il tarixli qərarına əsasən müəyyən edilmişdir ki “Qeyd olunduğu kimi, inzibati cərimə növündə tənbeh tətbiq etmə barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin məcburi icraya yönəldilmiş qərarı müvafiq olaraq 2 ay və ya 15 gün müddətində icra edilmədikdə, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolu tərtib edir. İnzibati Xətalar Məcəlləsinin 150.10-cu maddəsinə görə isə inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9cu maddəsində göstərilən müddətlərdə, yəni məcburi icra üçün müəyyən edilmiş müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Sadalanan maddələrdən göründüyü kimi, qanunverici inzibati cərimənin tətbiqi haqqında qərarın icrasını təmin etmək üçün müxtəlif qanuni vasitələr nəzərdə tutmuş və icra məmurlarının üzərinə bu vasitələrdən istifadə etməklə qərarların vaxtında icrasının təmin edilməsi vəzifəsini qoymuşdur. Dövlət orqanlarının üzərinə qoyulmuş vəzifələrin vaxtında və layiqincə icrası isə cəmiyyətin hər bir üzvünün maraqlarının qorunmasına xidmət etməklə yanaşı, ictimai qaydanın mühafizəsini də təmin etmiş olur. Əks hal barəsində inzibati tənbeh tətbiq edilmiş şəxslərdə tənbehin icrasından yayınmağın mümkünlüyü düşüncəsini yaratmaqla, inzibati xətalar qanunvericiliyinin qarşısında duran vəzifələrin həyata keçirilməsinə xələl gətirmiş olar. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı məsələləri tənzimləyərkən icra məmurlarına müvafiq qərarın icrasının təmin olunması ilə bağlı hərəkətlərin həyata keçirilməsində mülahizə sərbəstliyi verməkdən çəkinməklə, icra məmurları tərəfindən görülə biləcək tədbirlərin dairəsini, icra müddətlərini, o cümlədən digər prosessual məsələləri dəqiq müəyyən etmişdir. İnzibati Xətalar Məcəlləsinin müddətin keçməsinə görə məsuliyyətdən azad etməni nəzərdə tutan 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Dairəsi həmin maddədə müəyyən edilmiş bəzi inzibati xətaların törədilməsinə görə isə bu müddət bir il təşkil edir.” Qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan göründüyü kimi, inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidirlər. Eləcə də, icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlandıldıqdan sonra borclu tərəfindən icra sənədi iki ay müddətindən icra edilmədikdə, bundan sonra ən geci dörd ay keçənədək borclu barəsində İXM-in 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilməli idi. Lakin icra məmuru qeyd edilən müddət ötürüldükdən sonra inzibati xəta haqqında protokolu tərtib edərək məhkəməyə təqdim etmişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməli, lakin icra məmuru tərəfindən qeyd edilən icra sənədi üzrə məcburi icra tədbirləri davam etdirilməlidir. İXM-in 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar