Məhkəmə qərarları › İş №3(042)-252/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-252/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-252/2020 13.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Ağdam rayonunun Çəmənli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-ci maddəsi ilə təqsirli bilməmiş, izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonunun Slavyanka kəndinə qonaq gəlmiş, bundan sonra digər şəxslərlə Şəmkir rayonuna qayıtmaq istəmişlər. Lakin onları Gədəbəy rayonunun Xarxar kəndi ərazisində qurulmuş komendant postunda saxlamışlar. O, xüsusi giriş-çıxış rejimini pozmamışdır. Buna baxmayaraq, icazə olmadan komendant saatı vaxtında küçədə olmuşdur. İşdə olan inzibati xəta haqqında xx xxxxxxx 2020-cu il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə xüsusi giriş-çıxış rejimini pozmuş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 517-2.6-cı maddəsinə əsasən hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək müəyyən etmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə xüsusi giriş çıxış rejimini pozmamış, lakin xüsusi icazəsi olmadan komendant saatı vaxtında küçədə gəzmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Ona görə də onun əməli Azərbaycan Respublikası İXM-nin 517-2.6-cı maddəsindən Azərbaycan Respublikası İXM-nin 517-2.1ci maddəsinə tövsüf edilməli, Şəxs 517-2.1-ci maddəsilə təqsirli bilinməli və ona xəbərdarlıq edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-35-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 517-2.6-cı maddəsindən Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsinə tövsif edilsin, o, Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona xəbərdarlıq edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar