Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-253/2023 24.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər X4, X5 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gədəbəy rayonu, Köhnəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə araq içmişdir. Bundan sonra Gədəbəy rayon Polis şöbəsinə getmişdir. İçkili vəziyyətdə olduğuna görə özündə olmamışdır. Nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır və üzr istəyir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsində xidməti otağında olarkən dəhlizdə səs-küyün gəldiyini eşitmiş və dəhlizə çıxmışdır. Şəxs həmin gün bilmədiyi səbəbdən DİN-nin 102 xidmətinə müraciət etmiş və polis şöbəsinə gəlmişdir. O, dəhlizə çıxan zaman Şəxs nalayiq ifadələr işlətdiyini və digər polis əməkdaşlarının onu sakitləşdirə bilmədiyini görmüşdür. O və digər polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələr də, Şəxs hərəkətlərini davam etdirmişdir. Şəxs polis əməkdaşlarının ünvanına və digər dövlət orqanlarına qarşı ünvanlıünvasız nalayiq ifadələr işlətmişdir. Ona görə də, o raportla müraciət edərək Şəxs barəsində tədbir görülməsi üçün Növbətçi hissəyə təhvil vermişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy RPŞnin Növbətçi hissəsinin növbətçi köməkçisi vəzifəsində işləyir. Şəxs xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək polis əməkdaşlarının onun pulunu və heyvanlarını oğurladığını bildirmişdir. O, bununla bağlı Şəxs zəng vuraraq sonuncunu Gədəbəy RPŞ-yə dəvət etmişdir. Şəxs Gədəbəy RPŞ-nin inzibati binasına girən kimi polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Şəxs içkili vəziyyətdə olmuşdur. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Şəxs sərxoşluq müayinəsindən keçmiş və ayıldıqdan sonra evə buraxılmışdır. Şəxs xx.xx.2023-cü il tarixdə yenə DİN-nin 102 xidmətinə zəng vuraraq polis haqqında böhtan xarakterli məlumatlar vermişdir. xx.xx.2023-cü il tarixdə o yenidən Gədəbəy rayon Polis şöbəsinə dəvət edilmiş, bu zaman da polis şöbəsində nalayiq ifadələr işlədərək polisin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında bildirdi ki, Şəxs dəfələrlə mülki xarakterli müraciətləri olmuş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna baxmayaraq Şəxs yenə içkli vəziyyətdə eyni xarakterli müraciətlər etmişdir. xx.xx.2023-cü il tarixdə də həmin məsələ ilə bağlı Gədəbəy RPŞ-nə gəlmiş və səs-küy salmış və polisin qanuni tələbinə tabe olmamışdır. Ona görə də, Şəxs barəsində tədbir görülməsi üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X2 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:36 radələrində sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin izahatları, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi onun müdafiəçisini və zərərçəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində inzibati qaydada tutulmuş və 22 iyul 2023cü il tarixdə saat 16:00 radələrində azad edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 gün müddət həbsdə saxlanma müddətinə hesablanmaqla həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-253/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-253/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver