Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-254/2021 16.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərdən ibarət material daxil olmuşdur. İşin icraata götürülməsinin mümkünlüyü məsələsini yoxlayarkən müəyyən olunmuşdur ki, Gədəbəy Rayon Məhkəməsinin 14.05.2015-cu il tarixli, 2(041)-520/2015 saylı icra sənədinə əsasən, Şəxs oğlundan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 75 manat aliment alınaraq, X1 verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsinə baxmayaraq ondan sonra borcluya icra sənədinin icra edilməsi barədə heç bir rəsmi xəbərdarlıq göndərilməmiş, borclunun icra sənədini icra etməsi üçün heç bir məcburi icra tədbiri tətbiq edilməmiş, bununla bağlı iş materiallarına sübut əlavə edilməmişdir. İcra məmuru borclu barəsində axtarış və məcburi gətirmə tətbiq etməmiş, hazırki tarixdə onun izahatı alınmamışdır. Belə olan halda məhkəmə icra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş materialları natamam hesab edir və eləcə də qeyd edir ki, icra sənədinin borclu tərəfindən icra edilməsi üçün icra məmuru tərəfindən bütün zəruri tədbirləri həyata keçirməməsi borclunun icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmasının müəyyən edilməsində əsaslı şübhələr yaranmasına səbəb ola bilər. İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-254/2021
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-254/2021
16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver