Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-257/2022 22.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 və qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarət İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarət İdarəsinin inzibati tənbehin verilməsi haqqında 05 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarət İdarəsini tərəfindən qəbul edilmiş 05 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 İXM-in 518.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. X7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarət İdarəsinin 05 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərara çıxarılmasını məhkəmədən xahiş etmişdir. X7 məhkəmə iclasında şikayət ərizəsini müdafiə etdi və izahat verərək bildirdi ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarət İdarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Lakin, kafedə yoxlama aparılması barədə əvvəlcədən xəbəri olmamışdır. Onun yoxlamanın aparılmasından xəbəri olsa idi, kafedə olan çatışmazlıqları aradan qaldıra bilərdi. Yoxlama aparılarkən özü kafedə olmuş və onun iştirakı ilə yoxlama aparılmışdır. Onun əvvəlcədən xəbər verilmədiyinə görə qərardan narazıdır. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarət İdarəsinin etibarnamə üzrə nümayəndəsi, X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, X15 Yanğın Nəzarət İdarəsinin inspektoru, daxili xidmət baş leytenantıdır. Yoxlamada o iştirak etməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarət İdarəsinin əməkdaşları tərəfindən Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən kafedə xx.xx.2022-ci il tarixdə plandan kənar yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizlik qaydalarının pozulması aşkar edilmişdir. Ona görə də, X2 barəsində İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 202 saylı arayışdan görünür ki, X1 rayonu, Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyində təsərrüfatbaşına kitabda qeydiyyatda olmamasına baxmayaraq, hal-hazırda Dəyirmandağ kənd İƏD-nin Köhnəkənd kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarət İdarəsinin tərəfindən qəbul edilmiş 05 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-in 518.1ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 455 saylı yoxlamanın aparılması haqqında qərardan və ona əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən X3 məxsus kafedə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yanğın-texniki müayinənin aparılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 21 iyun 2022-ci il tarixli, 455 nömrəli aktının surətindən görünür ki, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən X5 məxsus kafeyə onun iştirakı ilə müayinə keçirilmiş, müayinə zamanı “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının qanunun 23-cü maddəsinin və № 01-2001 nömrəli X4 1.10.8, 6.1 və 10.4 bəndlərinin pozulması aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin tərkibinin yaranması üçün şəxs tərəfindən X6 ilə müəyyən edilmiş yanğın təhlükəsizliyi standartları pozulmalı, yanğın təhlükəsizliyi normaları pozulmalı və yanğın təhlükəsizliyinin tələbləri pozulmalı və ya yerinə yetriməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, X2 işlətdiyi Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən kafedə yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə İXM-nin 518.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında 05 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X7 İXM-in 518.1-ci maddəsi 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmmiş 21 iyun 2022-ci il tarixli, 455 nömrəli akta əsasən, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən X5 məxsus kafeyə onun iştirakı ilə müayinə keçirilmiş, müayinə zamanı “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının qanunun 23-cü maddəsinin və № 01-2001 nömrəli X4 1.10.8, 6.1 və 10.4 bəndlərinin pozulması aşkar edilmişdir. Qərardan şikayət vermiş şəxs X7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarət İdarəsinin tərəfindən qəbul edilmiş 05 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət versə də, fəaliyyət göstərdiyi kafedə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədi və fəaliyyət göstərdiyi kafedə yanğın təhlükəsizliyi qaydalarının pozulmasını təkzib etmədi. Qərardan şikayət vermiş şəxs qərardan narazı olmasına əsas kimi ona əvvəlcədən yoxlama barədə məlumat verilməməsini bildirsə də, yoxlama onun iştirakı ilə keçirilmiş və yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədiyi aşkar edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarət İdarəsi X2 əməlində İXM-in 518.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən, İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X2 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarət İdarəsinin inzibati tənbeh vermə haqqında 05 iyul 2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarət İdarəsinin inzibati tənbeh vermə haqqında 05 iyul 2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-257/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-257/2022
22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver