Məhkəmə qərarları › İş №3(042)-257/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-257/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-257/2024 26.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərdən ibarət material daxil olmuşdur. İşin icraata götürülməsinin mümkünlüyü məsələsini yoxlayarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri 54 saylı notariat ofisinin 14 mart 2024-cü il tarixli icra sənədinə əsasən, BOKT "xxxx" MMC-nin xeyrinə Şəxs cəmi 135 manat pul tutulmalıdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Elektron sistem vasitəsi ilə borclunun əmlakı barədə sorğu verilsə də, borclunun sahibliyində olan digər əşyaların və ya əmlakların mövcudluğu və tələbin həmin əmlaklara yönəldilməsinin mümkünlüyü yoxlanılmamış, bütün zəruri icra tədbirləri görülməmiş və borclunun inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilmişdir. Ona görə də, materiala dərhal baxılması nəzərə alınmaqla, məhkəmə hesab edir ki, Şəxs barəsində toplanmış inzibati xəta haqqında material natamam olduğundan, onun tamamlanması mümkün olmadığından Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar