Məhkəmə qərarları › İş №3(042)-258/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-258/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-258/2023 01.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Gədəbəy Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olan Şəxs idarə etdiyi “VAZ 21124 MİNİK” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə həmin tarixdə barəsində İXM-in 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək, 20 manat inzibati cərimə olunmasına dair qərar qəbul edilmişdir. Ona tərtib edilmiş protokol və qəbul edilmiş qərar üzrə təyin edilmiş cəriməni vaxtında ödəməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsinə əsasən qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə və Azərbaycan Respublikası İXM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, Azərbaycan Respublikası İXM-nin 127ci maddəsinin tələbləri rəhbər tutularaq onun iştirakı olmadan haqqında xx.xx.2023-cü ildə həmin Məcəllənin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında inzibati xəta haqqında protokol tərtib edilərək, Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs məhkəməyə ödəniş qəbzi təqdim edərək, inzibati protokol üzrə həmin cərimənin dəbbə pulu ilə birlikdə ödədiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta üzrə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, eyni zamanda həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəxs törətdiyi inzibati xətaya görə cəriməni gecikdirmə faizi ilə birlikdə tam ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətsə də, ona təyin edilən cəriməni ödədiyindən başlanmış inzibati xəta haqqında iş üzrə qərara və o, inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar