Məhkəmə qərarları › İş №3(042)-259/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-259/2020

14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-259/2020 14.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Salyan rayonu, Aşağı Noxudlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 20:10 radələrində Gədəbəy şəhərində, mərkəzi yerdə səs küy salmışdır. Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1993-cü il tarixdə Salyan rayonunda anadan olmuşdur. O, Gədəbəy rayonuna fəhlə işləməyə gəlmişdir. O, mağazaya girib pivə alarkən valideynləri ona zəng vurub ağlayaraq hərbi xidmətdə olan qardaşı Əmrahdan 2 gündür ki xəbər olmadığını bildirmişlər. O, isə əsəbləşərək pivə butulkasını yerə vuraraq sındırmışdır. Bu zaman polis əməkdaşları yaxınlaşaraq onu nizam intizama dəvət etmişdir. O, polis əməkdaşlarına müqavimət göstərməmiş, heç bir təhqir edici sözdən istifadə etməmişdir. Ona görə də hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsinin PPX bölüyündə işləyir, polis baş serjantdır. xx xxxxxxx 2020-ci il tarixdə xidmətdə olan zaman saat 20:50 radələrində Gədəbəy şəhərinin mərkəzi küçəsində barəsində icraat aparılan şəxs ucadan səs-küy salmış, onlar isə ona yaxınlaşan zaman əlindəki butulkanı yerə vuraraq sındırmışdır. Onlar Şəxs nizam-intizama dəvət etsələr də o, hərəkətlərinə davam etmişdir. Şəxs Gədəbəy rayon Polis şöbəsinə aparan zaman Şəxs heç bir müqavimət göstərməmiş, lakin polis şöbəsində səs-küy salmışdır. X6 və Aslanov Hüseyn məhkəmə iclasında şahid X1 izahatı ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində həmin maddə ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta üzrə iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixdə Gədəbəy RPŞnin sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 20:10 radələrində Gədəbəy şəhərində, mərkəzi yerdə səs küy salmışdır. İXM-in 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Maddənin məzmunundan aydın olur ki, polisin qanuni tələbinə qəsdən tabe olmama o halda olur ki, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra etsin və bu zaman inzibati xəta törətmiş şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmasın. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Məhkəmə iclasında müəyyən edildi ki, Salyan rayonu, Aşağı Noxudlu kənd sakini Şəxs xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 20:10 radələrində Gədəbəy şəhərində, mərkəzi yerdə səs küy salmış, polisin qanuni tələblərinə tabe olmamışdır. Şəxs polisin qanuni tələbinə tabe olmaması barədə heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. MN ******* nömrəli, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy RPŞ-nin sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* №-li saylı inzibati xəta haqqında protokola əsasən bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, Şəxs təqsiri sübuta yetirilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 77, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar