Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-26/2023 26.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X4 və qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X3 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 İXM-in 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilməsini qərara almışdır. X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X6 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yaşayır. Evində istifadə edilən suları metak boru vasitəsi ilə evinin yaxınlığından sel sularının axıb keçən dərə hissəsində quyu qazaraq həmin hissəyə axıdır. Bununla bağlı 2 saylı Regonal Ekologiya və Təbbi Sərvətlər idarəsinin əməkdaşları tərəfindən həmin sahəyə baxış keçirilmiş və nəticədə İXM-nin 264.0.1-ci maddəsinə əsasən protokol tərtib edilərək xx.xx.2022-ci il tarixdə o, 600 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Tovuz 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə razlaşmır. Belə ki, onun axıtmış olduğu məişət suları heç bir su xəttinə qarışmır və həmin suyun töküldüyü ərazidən o quyu qazmış və məişət suları həmin quya axmışdır. Sadəcə olaraq həmin vaxt o quyunun üst hissəsinə beton örtük tökməmiş, dəmir parçası qoymuşdur. Bunu ekologiya idarəsinin əməkdaşları görmüş və ona quyunun üstünün örtməsi bildirilmişdir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayonu, Qızıltorpaq kənd sakinin X3 çirkli suları çaya axıtması barədə bələdiyyə onlara müraciət etmişdir. Müraciət əsasında idarənin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilmiş və X3 çirkli suları çaya axıtması müəyyən edilmişdir. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 İXM-in 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilməsini qərara almışdır. Odur ki, şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə qərardan şikayət vermiş şəxsi və qərarından şikayət verilmiş şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X6 evində əmələ gələn məişət suyunu su tutarı olan dərəyə axıtmasına görə İXM-in 264.0.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən İXM-in 264.0.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. X3 İXM-in 264.0.1-ci maddəsi ilə cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. X1 evində əmələ gələn məişət suyunu su tutarı olan dərəyə axıtmasına görə cərimə edilməsi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 264.0 və 264.0.1-ci maddələrinə əsasən, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə inzibati məsuliyyət yaranır. Qeyd olunan hüquq normasına əsasən, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğular və avadanlıqlar olmadıqda inzibati məsuliyyət yaranır. Həmin maddə görə inzibati xətanın subyekti kimi müəssisələrin, kommunal və digər obyektləri müəyyən edilmişdir. Göründüyü kimi, İXM-nin 264.0 və 264.0.1-ci maddələrində məişət suyunun (çirkli suların) su tutarı olan dərəyə axıdılmasına görə məsuliyyət yaranması müəyyən edilməmiş və həmin maddənin tərkibinin yaranması üçün başqa əsaslar müəyyən edilmişdir. Bu da onu göstərir ki, X3 əməlində İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud deyildir. Eləcə də, X6 evində əmələ gələn məişət suyunun (çirkli suların) su tutarı olan dərəyə (çaya) axıtmadığını, həmin suyu qazdığı quyuya axıtdığını və həmin quyunun üzərini betonla örtdüyünü bildirmişdir. İXM-in 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.1 və 53.1.1-ci maddələrinin tələblərinə görə, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-26/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-26/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver