Məhkəmə qərarları › İş №3(042)-260/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-260/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-260/2021 29.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin 28.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş 28.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 200 manat məbləğində cərimə edilməsini qərara almışdır. X5 məhkəməyə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin 28.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X5 məhkəmə iclasında şikayət ərizəsində gösətrilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, Kəpəz Rayon Polis Şöbəsinin 20.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları onu ona görə cərimələmişlər ki, guya, o, 28 iyul 2020-ci il tarixdə heç bir icazə almadan yaşadığı yeri tərk edərək karantin rejimi qaydalarını pozmuşdur. O, 28 iyul 2020-ci ildə anasıı onkoloji xəstə olduğu üçün X1 apararmışdır. Həmin vaxt polis əməkdaşı ona yaxınlaşıb karantin dövrdə nə üçün şəhərə çıxdığını bildirmişdir. O, isə anasının onkoloji xəstə olduğunu və xəstəxanaya aparmalı olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı ona heç bir söz deməmişdir və ordan uzaqlaşmışdır. Lakin ona indi məlum olur ki, Kəpəz Rayon Polis Şöbəsi onu əsassız olaraq cərimələmişdir. Cərimə olunmağı barədə ona heç bir məlumat verilməmiş, izahatı alınmamışdır. Yalnız 13 sentyabr 2021 -ci il tarixdə ona Gədəbəy rayon icra və Probasiya şöbəsindən cərimənin ödənilməsi barədə xəbərdarlıq məktubu göndərildikdən sonra bu barədə məlumatı olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsindən xəbəri olmamış və barəsində əsassız protokol tərtib edilmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur.Ona görə də barəsində olan cərimə qərarının ləğv edilməsini istəyir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin 28.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 heç bir icazəsi olmadan yaşadığı yeri tərk edərək karantin qaydalarını pozmasına görə onun barəsində İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 200 manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan “xəstəlik tarixindən çıxarış” vərəqəsindən görünür ki, Əhmədova Nuridə Qafar qızına “Uşaqlıq boynunun xərçəngi” diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, X5 heç bir icazəsi olmadan yaşadığı yeri tərk edərək karantin qaydalarını pozmasına görə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsi onu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə etmişdir. Lakin, onun inzibati qaydada cərimə olunması barədə ona heç bir məlumat verilməmişdir. Gədəbəy rayon icra və Probasiya şöbəsindən cərimənin ödənilməsi barədə xəbərdarlıq məktubu gəldikdən sonra məlumatı olmuşdur. İnzibati xətanın anlayışı İXM-in 12-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: inzibati xətanın obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və subyekti. İnzibati xətanın obyektiv cəhəti dedikdə, inzibati məsuliyyətə səbəb olan əməlin xarici (görünən, müşahidə edilən) tərəfi başa düşülür. Həmin əməl iki formada – hərəkət və hərəkətsizlik formasında törədilə bilər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsi tərəfindən İXM-in 211.1-ci maddəsi ilə qəbul edilmiş 28.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarda X2 heç bir icazəsi olmadan yaşadığı yeri tərk edərək karantin qaydalarını pozması göstərilmişdir. Lakin məhkəmə iclasında şikayət vermiş şəxsin izahatı və işdə olan sübutlarla müəyyən edildi ki, X5 həmin vaxt yəni, 28 iyul 2020-ci il tarixdə anası onkoloji xəstə olduğu üçün X1 aparmaq məcburiyyətində qalmışdır və yaşayış yerini bu səbəbdən tərk etmişdir. Belə olan halda, hərəkət və ya hərəkətsizliyi araşdırılmadan barəsində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Bu da onu göstərir ki, X2 əməlində İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cü maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İXM-in 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması” barədə 16 yanvar 2021-ci il tarixli qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla və bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində qeyd olunanlar istisna olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində digər iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilir; 2 2.1.2. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) “SMS” icazə sistemindən və “icaze.e-gov.az” portalından istifadə ləğv edilmişdir. Həmçinin məhkəmə qeyd olunan hüquq normalarına əsasən qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və İXM-nə əsasən, normativ hüquqi aktların geriyə qüvvəsi olduğundan və insanların yaşayış yerini icazəsiz tərk etməməsi haqqında qərar ləğv olduğundan və həmin qərar hazırda qüvvədə olmadığından Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında X2 barəsində olan 28.07.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməlidir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında 28.07.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında 28.07.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar