Məhkəmə qərarları › İş №3(042)-260/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-260/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-260/2024 16.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Masallı rayonu, Zuvandlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə X4 X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin əməkdaşları Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən “Əli market” adlı obyektin sahibkarı Şəxs tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanması faktını müəyyən edilmiş, reklam yayının həyata keçirilməsi ilə bağlı qanunvericliyin tələblərinin pozulması halları aradan qaldırılması barədə Şəxs yazılı göstəriş verilsə də, göstərişin tələbləri yerinə yetirilməmiş və X4 X7 İdarəsi tərəfindən Şəxs İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Yenikənd kəndində Əli market” adlı obyekti işlədir. Adına VÖEN vardır. Vergi ödəyicisi kimi uçota alınmışdır. Həmçinin mağazasında rəsmi olaraq bir nəfər işçi işlədir. X4 X7 İdarəsi tərəfindən mağazada olan reklamın sökülməsi barədə ona məlumat verilmiş, lakin o həmin reklamları sökməmişdir. Həmçinin reklamla bağlı ödəniş də etməmişdir. Özünü təqsirli bilir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin əməkdaşları Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən “Əli market” adlı obyektin sahibkarı Şəxs tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanması faktını müəyyən edilmiş, reklam yayının həyata keçirilməsi ilə bağlı qanunvericliyin tələblərinin pozulması halları aradan qaldırılması barədə Şəxs yazılı göstəriş verilsə də, göstərişin tələbləri yerinə yetirilməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli İXM-nin 428.7.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. İnzibati xəta üzrə iş materiallarında olan 25 sentyabr 2024-cü il tarixdə X4 X7 İdarəsi tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş vaxtında və tam yerinə yetirilmədiyinə görə Şəxs barəsində İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında materialda olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən “Əli market” adlı obyektin sahibkarı Şəxs tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanması faktı müəyyən edilmişdir. İnzibati xəta haqqında materialda olan Azərbaycan Respublikası X4 X7 İdarəsi tərəfindən Şəxs ünvanlanmış 22 iyul 2024-cü il tarixli yazılı göstərişdən görünür ki, Şəxs Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən “Əli market” adlı obyektdə açıq məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazə alınması üçün 5 gün müddətində Azərbaycan Respublikası X4 X7 İdarəsinə müraciət edilməsi tələb olunmuş, əks təqdirdə Şəxs barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah olunmuşdur. Yazılı göstəriş xx.xx.2024-cü il tarixdə rəsmi qaydada Şəxs tərəfindən qəbul edilmişdir. İnzibati xəta haqqında materialda olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən reklam yayının həyata keçirilməsi ilə bağlı qanunvericliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə Şəxs yazılı göstəriş verilsə də, göstərişin tələbləri yerinə yetirilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib, vəzifəli şəxs hesab edilməklə cərimə inzibati tənbehinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 1500 manat məbləğində cərimə inzibati tənbehi təyin edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar