Məhkəmə qərarları › İş №3(042)-261/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-261/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-261/2022 26.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi Qərarından şikayət verilmiş şəxs Gədəbəy rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis kapitanı X6 iştirakı ilə, Gədəbəy rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis kapitanı X6 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X3 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis kapitanı X11 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 İXM-in 338.5.2-ci maddəsi ilə tərtib olunmuş protokola görə 40 manat məbləğində cərimə edilməsini qərara almışdır. X1 rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis kapitanı X6 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Gədəbəy rayonu, Arıqıran kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus iri və xırda buynuzlu heyvanları vardır. Heyvanlarını saxlamaq üçün yayda yaylağa, qış aylarında isə qışlağa aparır. Heyvanlarını Şəmkir rayonu, Atabəy kəndindən Gədəbəy rayonuna yaylağa gətirmək üçün 29 avqust 2022-ci il tarixdə yola çıxmışdır. Heyvanlar Gədəbəy rayonu, Slavyanka kəndinin ərazisinə çatanda ərazidə xidmət göstərən Gədəbəy RPŞ-nin post patrul xidmətinin əməkdaşları ona heyvanları asfalt yola aparmamalı olduğunu izah etmişdir. O, da qanunun tələblərinə riayət edərək dağ yolu ilə heyvanlarını apararaq Gədəbəy rayonu, Arıxdam kəndi ərazisinə gətirmişdir. Həmin kənddən heyvanları Qumlu kəndində ərazisinə keçirməli olduğu üçün axşam 29 avqust tarixdə axşam saatlarında Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində yerləşən "Mərkəzi bazar”ın yaxınlığından heyvanları asfalt yola çıxararaq yolun digər tərəfinə, yəni Qumlu kəndinin ərazisinə keçirən zaman yolda hərəkətdə olan "Niva" markalı, **-EY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın sürətlə gələrək ona məxsus heyvanlardan 1 baş buzovu vurub öldürmüşdür. Həmin vaxt yoldan digər avtomaşınlar da keçirmiş, həmin nəqliyyat vasitələri yoldan keçən heyvanlara görə sürət həddini aşağı salıb heyvanların yoldan keçməsinə şərait yaratmışdır. O, özünə də nəzarət edərək heyvanları keçirməyə çalışmışdır. Yəni "Niva” markalı, **-EY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü hadisənin qarşısını almaq üçün texniki imkanlarının olduğu halda məsuliyyətsizlik edərək onun heyvanını vurub öldürməklə ona 500 manat məbləğində maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə bağlı Gədəbəy RPŞ-nin yol polis əməkdaşları hadisə yerinə gəldilər. Bundan sonra əsassız olaraq onun barəsində İXM-in 338.5.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edərək o 40 manat məbləğində cərimə edilmişdir. O, həmin cərimə qərarından narazıdır, hesab edir ki, qərar qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, o İXM-in 338-ci maddəsində nəzərdə tutulduğu kimi, mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməmişdir. Sadəcə olaraq o heyvanlarını kənar yolla aparmaq üçün Gədəbəy rayonunun Arıxdam kəndi ərazisində yerləşən "Mərkəzi bazar"ın yaxınlığından asfalt yola çıxararaq yolun digər tərəfinə, yəni Qumlu kəndinin ərazisinə keçirən zaman hadisə baş vermişdir. Hesab edir ki, baş vermiş hadisədə onun təqsiri olmamışdır. Əksinə "Niva" markalı, **-EY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsünün təqsiri üzündən ona maddi ziyan dəymişdir. Baş vermiş hadisə zamanı o hadisə yerində olmuş, xx.xx.2022-ci il tarixli. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, həmin qərar xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Lakin həmin protokol onun iştirakı olmadan tərtib edilmiş, izahatı alınmamış, hadisə yerində olmağına baxmayaraq iştirakı təmin edilmədən barəsində əsassız protokol tərtib edilmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərardan şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərardan şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Qərarından şikayət verilmiş şəxs Gədəbəy rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis kapitanı X11 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayonu, Arıqıran kənd sakini X4 ona məxsus heyvanları xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində asfalt örtüklü yolla ötürərkən X12 idarə etdiyi “Lada 21214 Legend minik” markalı **-EY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə heyvanları vurmuşdur. Bununla bağlı hadisə yerinə baxış keçirilmiş və X7 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilməsi, X3 isə İXM-nin 338.5.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilməsi barədə elektron qərar qəbul edilmişdir. Odur ki, X3 barəsində olan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayət əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə qərarından şikayət verilmiş şəxsi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis kapitanı X6 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-in 338.5.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 40 manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan Gədəbəy rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis kapitanı X6 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 İXM-in 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 40 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsinə əsasən, at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayonu, Arıqıran kənd sakini X4 ona məxsus heyvanları xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində asfalt örtüklü yolla ötürərkən X12 idarə etdiyi “Lada 21214 Legend minik” markalı **-EY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə heyvanları vurmuşdur. Bununla bağlı Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və X7 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilməsi, X3 isə İXMnin 338.5.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilməsi barədə elektron qərarlar qəbul edilmişdir. X4 barəsində olan qərardan şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 qərarın ləğv edilməsinə əsas kimi heyvanları asfalt yolla ötürməməsini sadəcə asfalt yolun bir tərəfindən digər tərəfinə keçirmək istədiyini və onun iştirakı olmadan, izahatı alınmadan inzibati xəta haqqına protokolun tərtib edilməsini göstərmişdir. Məhkəmə X3 qeyd etdiyi heyvanları asfalt yolla ötürməməsi və sadəcə asfalt yolun bir tərəfindən digər tərəfinə keçirmək istəməsi barədə fikrinə münasibət bildirərək qeyd edir ki, heyvanların asfalt yolla ötürülməsi və ya keçirilməsi eyni anlama gəlir və İXM-nin 338.5.2-ci maddəsinin tərkibinin yaranmasına əsas verir. Eləcə də, qərarından şikayət verilmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş materiala baxış keçirilərək müəyyən olunur ki, hadisə ilə bağlı hadisə yerinə baxış keçirilmiş, yol-nəqliyyat hadisəsinin sexmi çəkilmiş, X3 və avtomobili ilə yol nəqliyyatı hadisəsi törədən X7 izahatları alınmış və onların hər ikisinin törətdiyi əməllərə görə İXM-nin müvafiq maddələri barələrində inzibati məsuliyyət cəlb edilmələri barədə qərarlar qəbul edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Gədəbəy rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis kapitanı X2 Məhəmməd Əflatun oğlunun əməlində İXM-in 338.5.2-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd edilən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X3 şikayəti təmin edilməməli, Gədəbəy rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis kapitanı X6 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Gədəbəy rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis kapitanı X6 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar