Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-261/2024 16.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, xx.xx.1994-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Şəxs etbarnamə əsasında, BB 421144 nömrə və seryalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi Opel-Astra minik markalı, ** FZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gədəbəy rayonu Slavyanka kəndi ərazisindən keçən Gədəbəy-Şəmkir avtomobil yolunda Şəmkir rayon istiqamətində hərəkətdə olan zaman piyada X3 iti, adımlarla onun hərəkətdə olduğu yola çıxmış, sürücü Şəxs idarə etdiyi avtomobilə dərhal tormozlama əməliyyatı etsədə piyada Anar Hacıyevi avtomobilin qabaq hissəsi ilə vurmuş və sonuncuya sol dirsək oynağının arxa səthinin, diz oynağının bayır səthinin əzilmiş-sıyrılmış yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Gədəbəy rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin o üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İXM-in 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 sentyabr 2024-cü il tarixli, qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:43-də Gədəbəy Mərkəzi rayon Xəstəxanasından Gədəbəy RPŞ-nin növbətçi hissəsinə zəng edilərək xx.xx.1986-ci il təvəllüdlü X1 yol nəqliyyat hadisəsi nəticəsində sol bud çanaq oynağının travması və bədənin müxtəlif nahiyyələrinin əzilmiş-sıyrılmış yarası xəsarətləri ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuş, bununla bağlı araşdırma aparılmış, sürücü Şəxs idarə etdiyi avtomobilə piyada Anar Hacıyevi avtomobilin qabaq hissəsi ilə vurmuş və sonuncuya sol dirsək oynağının arxa səthinin, diz oynağının bayır səthinin əzilmişsıyrılmış yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsi müəyyən edilmiş və Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi və İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün Şəxs barəsində tədbir görülməsi üçün qərarın surətinin Gədəbəy RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 8 (səkkiz) ay müddətə məhdudlaşdırılsın. Qərarın icrası Tovuz rayon 10 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-261/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-261/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver