Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-262/2022 10.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi, hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, xx.xx.1948-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İşdə olan Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati təsir tədbirləri görülməsi üçün aidiyyatı üzrə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Şəxs etibarnamə əsasında idarə etdiyi oğlu X4 məxsus “Toyota Prado” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir- Gədəbəy avtomobil yolu ilə hərəkət edərkən yolun Slavyanka kəndinindən keçən hissəsində diqqətini daim dəyişən yol şəraitindən ayıraraq yolun döngəli hissəsində düzgün manevr etməyərək qarşı hərəkət zolağı ilə hərəkətdə olan X3 idarə etdiyi özünə məxsus VAZ 21011 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq toqquşmuş nəticədə avtomobilində olan sərnişin X5 burun əsasının əzilmiş yarası qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarət və VAZ 21011 markalı avtomobilin sürücüsü X6 döş qəfəsinin ön-sol yan səthinin geniş ölçülü qançırı qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarət, həmin avtomobildə olan sərnişinlər X1 süd vəzisinin, sol budun geniş ölçülü qançırları qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarət və X7 başın əzilmiş yarası, hər iki göz ətrafı yumşaq toxumaların qançırı, burunun şişkinliyi və qançırı ilə müşayiət olunan burunun yer dəyişməyən sınığı qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almış, X3 avtomobilinə maddi ziyan dəymişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi var. Məhkəmə, belə qənaətə gəlir ki, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməlin ağırlıq dərəcəsini, onun yaşını, zərərçəkmiş şəxslərlə barışmasını və işin digər hallarını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və 200 manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-262/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-262/2022
10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver