Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-262/2024 07.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Orucov Anar Möhübbət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X6, X2, X7, X3, X1 və X4 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gədəbəy rayonu, Gödəkdərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində və Gədəbəy rayon Polis şöbəsinin inzibati binasının dəhlizində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, O, psixi xəstəlikdən əziyyət çəkir. Özünü normal idarə edə bilmir.Onun barəsində şikayət olmuş, sahədə işləyən zaman polis əməkdaşları ona yaxınlaşmış və polis şöbəsinə aparmışlar. O, özündə olmamış polis əməkdaşlarına qarşı müqavimət göstərmişdir. Ruhi-əsəb xəstəliyi ilə əlaqədar heç bir yerdə qeydiyyatda deyil. Zərərçəkmiş şəxs X11 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi vəzifəsində işləyir. Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi vardır. Cinayət işi onun icraatındadır. Şəxs istintaqa gəlmədiyinə görə məcburi gətirilməsi barədə qərar qəbul edilib aidiyyəti üzrə Gədəbəy RPŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında Şəxs onu görərək “məni sən gətirtmisən?” deyə soruşmuş, o isə “bəli” dedikdə Şəxs onu söyməyə və nalayiq ifadələr işlətməyə, səs-küy salmağa başlamışdır. Bu zaman digər polis əməkdaşları gəlmiş və onlar Şəxs Növbətçi Hissəyə gətirib təhvil vermişlər və Şəxs barəsində tədbir görülməsi üçün protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasında bildirdi ki, O, Gədəbəy rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. Onun icraatına Şəxs məcburi gətirilməsi barədə qərar daxil olmuş və qərarın icrası ilə əlaqədar polis sahə nəfəri Eynur Abbasoun yaşadığı ünvana getmişdir. Bu zaman Şəxs anası polis əməkdaşlarına daş atmış və qərarın icrasına mane olmuşdur. Şəxs anası ruhi-əsəb xəstəsidir. Bundan sonra o, polis əməkdaşları və X16 Birliyinin əməkdaşları ilə birlikdə qərarın icrası ilə əlaqədar olaraq Şəxs yaşadığı ünvana getmişlər. Bu zaman Şəxs və anası yenə nalayiq ifadələr işlədib, səs-küy salmağa başlamışlar. Onlar Şəxs qərarın icrası ilə əlaqədar izah vermiş və sonuncunu güclə Gədəbəy rayon Polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsinin inzibati binasında Şəxs yenə səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu öz hərəkətlərini davam etdirmişdir. Zərərçəkmiş şəxslər X13, X9, X5 və X10 məhkəmə iclasında zərərçəkmiş şəxs X8 və X11 ilə eyni məzmunlu izahat verdilər. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbsə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, Səhman Həsənov tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində və Gədəbəy rayon Polis şöbəsinin inzibati binasının dəhlizində uca səslə nalayiq ifadələr işlətməklə, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində və Gədəbəy rayon Polis şöbəsinin inzibati binasının dəhlizində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini, şahidi və zərərçəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi qanuni, daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 200 manat məbləğində cərimə inzibati tənbehi təyin edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati qaydada tutma protokolu ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-262/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-262/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver