Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-263/2021 11.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Gədəbəy rayon Polis şöbəsinin 24.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X1 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş 24.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X1 İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 200 manat məbləğində cərimə edilməsini qərara almışdır. X2 məhkəməyə Gədəbəy rayon Polis şöbəsinin 24.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, O, Gədəbəy rayon Polis şöbəsinin 24.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. O, ünvan 1 ünvanında yaşayır. Onun anası, X5 21.04.2021-ci il tarixdə vəfat etmişdir. O, həmin gün anasını yaxın qohumları ilə bərabər Gədəbəy şəhər qəbirstanlığında dəfn etmişlər. O, həmin zaman anasına yas mərasimi təşkil etməmişdir. Lakin, anasının vəfat etdiyini eşidən rayon camaatı onların evə adətənənəyə uyğun olaraq başsağlığı verməyə gəlmişdir. Bu zaman polis əməkdaşları gələrək onu, İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə etmişdir. Lakin, onun heç bir təqsiri olmamışdır və o, yas mərasimi təşkil etməmişdir. Hesab edir ki, mən karantin rejimi qaydalarını pozmamışdır. Buna baxmayaraq polis onu əsassız olaraq cərimələmişdir. Ona görə də, həmin qərarının ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini istəyir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs və qərardan şikayət vermiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbi barədə bildirməmişlər, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Polis şöbəsinin 24.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 21.04.2021-ci il tarixdə mərhum anası X3 yas mərasimi təşkil edərək karantin rejimi qaydalarını pozmasına görə onun barəsində İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 200 manat məbləğində cərimə edilməsini qərara almışdır. Məhkəmə iclasında müəyyən edildi ki, X2 21.04.2021-ci il tarixdə mərhum anası X3 yas mərasimi təşkil edərək karantin rejimi qaydalarını pozmasına görə Gədəbəy rayon Polis şöbəsi onu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə etmişdir. Lakin, onun inzibati qaydada cərimə olunması barədə ona heç bir məlumat verilməmişdir. Gədəbəy rayon icra və Probasiya şöbəsindən cərimənin ödənilməsi barədə xəbərdarlıq məktubu gəldikdən sonra məlumatı olmuşdur. İnzibati xətanın anlayışı İXM-in 12-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: inzibati xətanın obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və subyekti. İnzibati xətanın obyektiv cəhəti dedikdə, inzibati məsuliyyətə səbəb olan əməlin xarici (görünən, müşahidə edilən) tərəfi başa düşülür. Həmin əməl iki formada – hərəkət və hərəkətsizlik formasında törədilə bilər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Gədəbəy rayon Polis şöbəsi tərəfindən İXM-in 211.1-ci maddəsi ilə qəbul edilmiş 24.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarda X2 21.04.2021-ci il tarixdə mərhum anası X3 yas mərasimi təşkil edərək karantin rejimi qaydalarını pozması göstərilmişdir. Lakin şikayət ərizəsi və işdə olan sübutlarla müəyyən edildi ki, ünvan 1 ünvanında yaşayan X1 anası X5 vəfat etmiş və Gədəbəy şəhər qəbiristanlığında dəfn edilmişdir. Bu zaman rayon camaatı M.Şahnazarovun evinə başsağlığı verməyə gəlmişdir. M.Şahnazarov isə həmin zaman yas mərasimi təşkil etmədiyi bildirmişdir. Lakin, buna baxmayaraq M.Şahnazarov Gədəbəy rayon Polis şöbəsi tərəfindən karantin rejimini pozmasına görə cərimə edilmişdir. Belə olan halda, M.Şahnazarovun hərəkət və ya hərəkətsizliyi araşdırılmadan barəsində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Həmçinin, Gədəbəy rayon Polis şöbəsindən iş üzrə material tələb olunmasına baxmayaraq məhkəməyə material təqdim olunmamışdır. Məhkəmə üzərinə sübut etmə yükü düşən qərarından şikayət verilmiş şəxs məhkəmə iclasına gəlmədiyindən və qərarın qanuniliyi sübuta yetirilmədiyindən, eləcə də X1 əməlində İXM-nin 211.1-ci maddəsinin tərkibinin olmasını sübut etmək üçün dəlillər təqdim edilmədiyindən, məhkəmə şikayətçinin gətirdiyi dəlilləri əsaslı sayır. Bu da onu göstərir ki, X1 əməlində İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında 24.04.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında 24.04.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-263/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-263/2021
11.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver