Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-263/2022 29.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Gədəbəy Rayon Prokurorunun nümayəndəsi X1 iştirakı ilə, Gədəbəy Rayon Prokuroru X11 Rayon Polis Şöbəsinin polis polkovnik-leytenantı X2 inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından protestinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Prokuroru X11 Rayon Polis Şöbəsinin polis polkovnik-leytenantı X2 inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından protest verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Gədəbəy Rayon Prokurorunun nümayəndəsi X3 protestin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gədəbəy rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, X2 25 avqust 2022-ci il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə 300 manat məbləğində cərimə olunmuşdur. X5 16 sentybar 2022-ci il tarixdə ərizə ilə Gədəbəy rayon prokurorluğuna müraciət edərək xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olması səbəbindən ləğv edilməsini xahiş etmişdir. Həmin ərizə üzrə aparılan araşdırma zamanı Fəzayıl Alıyev barəsində olan inzibati xəta haqqında iş üzrə material Gədəbəy rayon prokurorluğunda öyrənilmişdir. X5 xx.xx.2022-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı qonşusu X6 qəsdən döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. F.Alıyevin müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, hadisənin araşdırılması zamanı İXM-nin 38.1-ci maddəsinin tələbi pozulmaqla inzibati xəta haqqında qərar qəbul edilmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarı barəsində protest verilmiş şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, Gədəbəy Rayon Polis Şöbəsinin polis polkovnik-leytenantı X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Gədəbəy Rayon Prokurorunun nümayəndəsinin izahatını və işdə olan sənədləri təhlil edərək belə nəticəyə gəlir ki, protest təmin edilməlidir. İş materiallarında olan Gədəbəy Rayon Polis Şöbəsinin müavini X2 inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən 300 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, Gədəbəy Rayon Prokuroru X11 Rayon Polis Şöbəsinin rəis müavini X2 inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından protest verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qərar İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulması ilə qəbul edilmişdir. Yəni, hadisə xx.xx.2022-ci il tarixdə baş vermiş, həmin hadisədən 3 aydan artıq zaman keçdikdən sonra xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarla X5 inzibati məsuliyyətə cəlb edilmişdir. Ona görə də protest təmin edilməli, xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Protest təmin edilsin. X2 inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-263/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-263/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver