Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-263/2024 08.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərər çəkmiş şəxslər X2, X1 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon Polis şöbəsinin əməkdaşı polis kapitanı X5 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gədəbəy rayonu, Qaradağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 332.4-cü maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs idarə etmək hüququ olmadan xx.xx.2024-cü il tarixdə idarə etdiyi, X1 etibarnamə əsasında sahibliyində olan “VAZ 21070 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən yol kənarında dayanmış X2 etibarnamə əsasında sahibliyində olan “VAZ 2101 minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticə də, X3 və X4 maddi zərər vurmuş və Gədəbəy rayon Polis şöbəsinin əməkdaşı, polis kapitanı Rufan Həsənov tərəfindən Şəxs barəsində İXM-in 327.1, 332.2 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 07 oktyabr 2024-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, onun sürücülük vəsiqəsi yoxdur. O, idarə etdiyi “VAZ 21070 minik” markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə Gədəbəy şəhəri ərazisində Gədəbəy rayon İcra Hakimiyyəti yaxınlığında olan mehmanxanın yanından şəhərin mərkəzində yerləşən dairəyə tərəf hərəkətdə olarkən idarə etdiyi avtomobilin sükanı kilitləşmiş və avtomobil yolunun kənarında dayanmış “VAZ 2101 minik” markalı, **- BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Vurulmuş ziyanın əvəzi üçün zərərçəkmiş şəxsə avtomobil alıb verə bilər. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında bildirdi ki, xx.xx.2024-cü il tarixdə ona məxsus VAZ 2101 minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili Gədəbəy şəhəri, H.Əliyev prosepktinin sağ tərəfindən saxlayıb, X6 ilə birlikdə onun üçün Gəncə şəhərindən göndərilmiş dərmanları almaq üçün getmiş və gəldikdə dükana girmişlər. O, birdən səs eşitmiş və avtomobilin yanına gəldikdə isə Şəxs idarə etdiyi avtomobil ilə ona məxsus “VAZ 2101 minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğunu görmüşdür. O, vurulmuş ziyanla bağlı Şəxs ilə öz aralarında razı gəlmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ilə eyni məzmunlu izahat verdi və Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli, İXP ******* №-li İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 327.1, 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ziyan aktından görünür ki, “VAZ 2101 minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2620 manat ziyan dəymişdir. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsləri dinləyib hesab edir ki, Şəxs əməli İXM-nin 327.1, 332.2 və 332.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, eyni zamanda həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Həmin Məcəllənin 34-cü maddəsinin 1-ci bəndinə əsasən: Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 2-ci bəndinə əsasən: Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 3-cü bəndinə əsasən: şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəbeş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, zərərçəkmi şəxslərin şikayət və tələblərinin olmamasını, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs barəsində İXM-nin 34-cü maddəsinin tələbləri rəhbər tutulmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 332.4cü maddələri ilə təqsirli bilinsin və ona 500 manat məbləğində cərimə inzibati tənbehi təyin edilsin. Qərarın icra edilməsi Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-263/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-263/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver