Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-263/2025 19.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunması barədə materiala baxaraq, M ü ə y y ə n e t d i: Gədəbəy rayonu, Xarxar kəndində qeydiyyatda olan Şəxs xx.xx.2024-cü il tarixdə “VAZ 21214 minik” markalı **-ND-*** qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə həmin tarixdə barəsində İXM-in 327.2-ci maddəsi ilə EQ 24730597 saylı elektron qərar qəbul edilmiş və 100 manat məbləğində cərimə edilmişdir. Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs öldüyünə görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-263/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-263/2025
19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver