Məhkəmə qərarları › İş №3(042)-265/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-265/2022

03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-265/2022 03.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 16 sentyabr 2022-ci il tarixli, EQ 11389290 nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 16 sentyabr 2022-ci il tarixli, EQ 11389290 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 İXM-in 327.4-cü maddəsi ilə tərtib olunmuş protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. X4 məhkəməyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 16 sentyabr 2022-ci il tarixli, EQ 11389290 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi xx.xx.2022-ci il tarixli, EQ 11389290 nömrəli inzibati tənbeh vermə haqqında protokoluna əsasən xx.xx.2022-ci il tarixli elektron qərarla o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. O, həmin qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır, özünə məxsus **-LZ-*** dövlət nömrə nişanlı “Nissan Murano” markalı minik avtomobili ilə arvadını xəstəxanaya apararkən Azadlıq prospekti və Montin küçələrinin kəsişmələrində avtoavarya baş vermişdir. Onun hərəkət etdiyi yol tamamilə bağlanmış, hərəkət dayanmışdır. Onun maşınında xəstə olduğuna görə onunla eyni xətt üzrə hərəkətdə dayanmış Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinin əməkdaşlarına maşınında xətə olduğunu bildirərək kömək istəmişdir. Daxili İşlər Nazirliyinin Post Patrul maşınını sayrışan işıqlarını yandıraraq ona arxası ilə gəlməsini bildirmiş və qoşa xətti kəsərək əks yolla hərəkət edərək onu qəza olan yerdən keçirmişdir. Bundan sonra o öz yolu ilə xəstəxanaya getmişdir. Həmin vaxt o, cərimə ediləcəyini bilməmişdir. O, həmin vaxtı Daxili İşlər Nazirliyinin Post Patrul xidmətinin əməkdaşlarına maşınında xəstə olduğunu və xəstənin vəziyyətinin ağır olduğunu bildirmişdir. Ona görə də ona yazılmış 100 manat məbləğində cərimə əsasızdır. Ərizəsində göstərdiklərinin hər biri Daxili İşlər Nazirliyinin nəzarət kameralarına düşmüşdür. Ona görə də, hesab edir ki, Daxili İşlər Nazirliyinin Bakı X6 İdarəsinin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eləcə də, sözügedən inzibati tənbeh vermə haqqında qərarı o Gədəbəy Rayon DYP Xidmətinə müraciət edərək xx.xx.2022-ci ildə almışdır. Qərardan şikayət vermiş şəxs X4 məhkəməyə teleqram vuraraq, səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edən bilmədiyini bildirmiş və onun iştirakı olmadan işə baxılmasını və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 16 sentyabr 2022-ci il tarixli, EQ 11389290 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospekti, Montin küçələrinin kəsişməsi adlanan yerdə “Nissan Murano minik” markalı **- LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axına əks istiqamətdə hərəkət etməsinə görə onun İXM-in 327.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 16 sentyabr 2022-ci il tarixli, EQ 11389290 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospekti, Montin küçələrinin kəsişməsi adlanan yerdə “Nissan Murano minik” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axına əks istiqamətdə hərəkət etməsinə görə onun İXM-in 327.4-cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. X4 şikayət ərizəsində arvadını xəstəxanaya apararkən onun hərəkət etdiyi istiqamətdə qəza baş verdiyinə görə nəqliyyat vasitələrinin hərəkəti dayandığını, həmin vaxt arvadının vəziyyəti ağır olduğuna görə orda olan Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinin əməkdaşlarına ona köməklik etməsini xahiş etmiş və polis əməkdaşları nəqliyyat vasitələrinin axının əks istiqamətinə çıxaraq onların arxaları ilə gəlməsini bildirmiş və o, da buna görə əks istiqamət zolağına çıxaraq həmin yerdən keçdiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində olan qərar ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tərkibində nəzərdə tutulmuş əməli törətməsi mübahisələndirilmir. Lakin, X4 arvadının xəstəliyində yaranan problemlə əlaqədar onu tez bir vaxtda xəstəxanaya çatdırmalı olduğundan və onun hərəkət istiqamətində avto nəqliyyat hadisəsi baş verməsi ilə əlaqədar hərəkət dayandığından məcburiyyət qarşısında qalaraq polis əməkdaşlarının köməkliyi ilə əks hərəkət zolağına çıxmış və İXMnin 327.4-cü maddəsinə nəzərə tutulmuş inzibati xətanı törətmişdir. Həmin vaxt nəzarət kameralarına düşmüş çəkilişdən çıxarılmış fotolardan görünür ki, “Nissan Murano minik” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinin əməkdaşlarının xidməti avtomobilinin arxası ilə əks hərəkət zolağına çıxaraq hərəkət etmişdir. Göründüyü kimi, X1 zərurət vəziyyətində, yəni arvadının həyatını və sağlamlığını qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün son zərurət həddini aşmadan İXM-nin 327.4-cü maddəsinə nəzərə tutulmuş inzibati xətanı törətmişdir. Belə olan halda, X2 həmin əməli inzibati xəta hesab olunmamlıdır. Azərbaycan Respublikası İXM-nin 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin inzibati tənbehin verilməsi haqqında 16 sentyabr 2022-ci il tarixli, EQ 11389290 nömrəli qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin inzibati tənbehin verilməsi haqqında 16 sentyabr 2022-ci il tarixli, EQ 11389290 nömrəli qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar