Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-266/2020 16.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Gədəbəy rayonu, Qurudərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-493/2017 saylı icra sənədinə əsasən, Şəxs xx xxxxx 2017-ci il tarixdən başlayaraq, xx xxxx 2016-cı il tarixdə doğulmuş Nəzrinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat aliment X3 xeyrinə tutulmalı və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-2310/2018 saylı icra sənədinə əsasən, iddia qismən təmin edilmiş, 1800 manat dəyərində olan cəmi 30 qram çəkidə üzük, sırğa və boyunbağı dəsti, 480 manat dəyərində olan 8 qram çəkidə 1 ədəd nişan üzüyü, cəmi 1260 manat dəyərində olan (hər birinin dəyəri 420 manat olan) hər biri 7 qram çəkidə 3 ədəd üzük, 360 manat dəyərində 6 qram çəkidə 1 ədəd üzük, 300 manat dəyərində 5 qram çəkidə 1 ədəd üzük, 600 manat dəyərində olan 10 qram çəkidə 1 ədəd sırğa və 720 manat dəyərində olan 12 qram çəkidə 1 ədəd sırğadan ibarət qızıl-zinət əşyaları natura şəklində, həmin əmlaklar qətnamə icra olunan vaxt olmadıqda isə, onların dəyəri olan 5220 manat məbləğində pul Şəxs tutularaq X3 xeyrinə ödənilməlidir. Birinci icra sənədi üzrə xx.xx.2017-ci il tarixdə, ikinci icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Hər iki icra sənədi üzrə borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildirişlər göndərilmişdir. Lakin aliment və digər borcları könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu barəsində axtarış elan edilmiş və o, xx xxxxxxx 2020-ci il tarixdə polis vasitəsilə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən aliment borcu əsaslı səbəb olmadan ödənilmir. Bununla da borclu aliment və digər borclarını ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(042)-493/2017 saylı və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-2310/2018 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-493/2017 saylı icra sənədlərinə əsasən, ondan xx xxxxx 2017-ci il tarixdən başlayaraq, xx xxxx 2016-cı il tarixdə doğulmuş Nəzrinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat aliment X3 xeyrinə tutulmalı və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)- 2310/2018 saylı icra sənədlərinə əsasən, iddia qismən təmin edilmiş, 1800 manat dəyərində olan cəmi 30 qram çəkidə üzük, sırğa və boyunbağı dəsti, 480 manat dəyərində olan 8 qram çəkidə 1 ədəd nişan üzüyü, cəmi 1260 manat dəyərində olan (hər birinin dəyəri 420 manat olan) hər biri 7 qram çəkidə 3 ədəd üzük, 360 manat dəyərində 6 qram çəkidə 1 ədəd üzük, 300 manat dəyərində 5 qram çəkidə 1 ədəd üzük, 600 manat dəyərində olan 10 qram çəkidə 1 ədəd sırğa və 720 manat dəyərində olan 12 qram çəkidə 1 ədəd sırğadan ibarət qızıl-zinət əşyaları natura şəklində, həmin əmlaklar qətnamə icra olunan vaxt olmadıqda isə, onların dəyəri olan 5220 manat məbləğində pul ondan tutularaq X3 xeyrinə ödənilməlidir. O, aliment öhdəliyini qismən ödəmiş, lakin qızıl-zinət əşyalarının dəyərini hissə-hissə ödəmək istəsə də tələbkar buna razılıq verməmişdir. Onun icra sənədləri üzrə borcu tam ödəməyə imkanı yoxdur. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-493/2017 saylı icra sənədlərinə əsasən, Şəxs xx xxxxx 2017-ci il tarixdən başlayaraq, xx xxxx 2016-cı il tarixdə doğulmuş Nəzrinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat aliment X3 xeyrinə tutulmalı və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-2310/2018 saylı icra sənədlərinə əsasən, iddia qismən təmin edilmiş, 1800 manat dəyərində olan cəmi 30 qram çəkidə üzük, sırğa və boyunbağı dəsti, 480 manat dəyərində olan 8 qram çəkidə 1 ədəd nişan üzüyü, cəmi 1260 manat dəyərində olan (hər birinin dəyəri 420 manat olan) hər biri 7 qram çəkidə 3 ədəd üzük, 360 manat dəyərində 6 qram çəkidə 1 ədəd üzük, 300 manat dəyərində 5 qram çəkidə 1 ədəd üzük, 600 manat dəyərində olan 10 qram çəkidə 1 ədəd sırğa və 720 manat dəyərində olan 12 qram çəkidə 1 ədəd sırğadan ibarət qızıl-zinət əşyaları natura şəklində, həmin əmlaklar qətnamə icra olunan vaxt olmadıqda isə, onların dəyəri olan 5220 manat məbləğində pul Şəxs tutularaq X3 xeyrinə ödənilməlidir. Birinci icra sənədi üzrə xx.xx.2017-ci il tarixdə, ikinci icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Hər iki icra sənədi üzrə borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildirişlər göndərilmişdir. Lakin aliment və digər borcları könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu barəsində axtarış elan edilmiş və o, xx xxxxxxx 2020-ci il tarixdə polis vasitəsilə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borcluya hər iki icra sənədi üzrə borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən borcu əsaslı səbəb olmadan ödənilmir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-493/2017 saylı və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-2310/2018 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-493/2017 saylı icra sənədlərinə əsasən, Şəxs xx xxxxx 2017ci il tarixdən başlayaraq, xx xxxx 2016-cı il tarixdə doğulmuş Nəzrinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat aliment onun xeyrinə tutulmalı və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-2310/2018 saylı icra sənədlərinə əsasən, iddia qismən təmin edilmiş, 1800 manat dəyərində olan cəmi 30 qram çəkidə üzük, sırğa və boyunbağı dəsti, 480 manat dəyərində olan 8 qram çəkidə 1 ədəd nişan üzüyü, cəmi 1260 manat dəyərində olan (hər birinin dəyəri 420 manat olan) hər biri 7 qram çəkidə 3 ədəd üzük, 360 manat dəyərində 6 qram çəkidə 1 ədəd üzük, 300 manat dəyərində 5 qram çəkidə 1 ədəd üzük, 600 manat dəyərində olan 10 qram çəkidə 1 ədəd sırğa və 720 manat dəyərində olan 12 qram çəkidə 1 ədəd sırğadan ibarət qızıl-zinət əşyaları natura şəklində, həmin əmlaklar qətnamə icra olunan vaxt olmadıqda isə, onların dəyəri olan 5220 manat məbləğində pul Şəxs tutularaq onun xeyrinə ödənilməlidir. O, borclunun borcunu hissə-hissə ödəməsinə razı deyil. Əgər borclu vaxtında borcunu hissə-hissə ödəsəydi bu qədər borc yaranmazdı. O, borclunun dediklərini bəhanə kimi qəbul edir. Ona görə də borclu barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Şəxs Gədəbəy rayon İcra və probasiya şöbəsinə daxil olmuş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)- 493/2017 saylı və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)- 2310/2018 saylı icra sənədlərini üzürsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə Şəxs icra sənədlərinin icra olunmasından boyun qaçırmasına və icra məmurun qanuni tələblərini yerinə yetirməməsinə dair gətirdiyi arqumentləri heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 10 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlamanın əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 16:15-dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-266/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-266/2020
16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver