Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-268/2024 29.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, xx.xx.1985-ci il tarixdə Gədəbəy rayonu, Rüstəm Əliyev (Miskinli) kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatda olan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materialdan aydın olur ki, Şəxs daş parçası ilə Zərərçəkmiş şəxs məxsus çörək birişmə sexinin pəncərəsini vurub sındırması nəticəsində sonuncuya 70 manat maddi ziyan vurmuşdur. Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X2 23 sentyabr 2024-cü tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Şəxs İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyət cəlb olunması qərar alınmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx.xx.2024-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin o üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 232-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, iş materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X2 23 sentyabr 2024-cü tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 15 sentaybr 2024-cü il tarixdə Gədəbəy rayonunun Miskinli kənd sakini X3 Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin 102 xidmətinə məlumat verib Səday adlı şəxsin daş parçası ataraq onun işlətdiyi çörək sexinin pəncərəsini sındırmasını bildirmiş və eyni məzmunlu ərizə ilə müraciət etmişdir. Bununla əlaqədar Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılmış, Zərərçəkmiş şəxs şikayəti ilə bağlı cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Resublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surətinin X1 göndərilməsi qərara alınmışdır. Həmçinin Şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus əmlaka 70 manat zərər vurulması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs Zərərçəkmiş şəxs məxsus əmlaka qəsdən 70 manat məbləğində zərər vurması cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə təsdiqini tapır. Məhkəmə iş materiallarını ətraflı təhlil edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, vurulmuş ziyanın bir misli məbləğdə cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona vurulmuş ziyanın bir misli məbləğdə - 70 manat məbləğində cərimə inzibati tənbehi təyin edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-268/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-268/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver