Məhkəmə qərarları › İş №3(042)-268/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-268/2025

19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-268/2025 19.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu, Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı müəyyən etdi: xx.xx.2025-ci il tarixində Gədəbəy Rayon Məhkəməsinə Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsinin əməkdaşı tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş protokol daxil olmuşdur. Məhkəmə hesab edir ki, protokol düzgün tərtib olunmamışdır, təqdim olunmuş materiallar isə işə baxılarkən tamamlanması mümkün olmayan dərəcədə natamamdır: Belə ki, məhkəmə qeyd edir ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunsa da, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya digər qanuni tələblərinin yerinə yetirilməməsi halını təsdiq edən heç bir sübut materiala əlavə edilməmişdir. İş materialında olan məktubdan xx.xx.2025-ci il tarixə, saat 11:00-a icra hərəkətlərinin aparılması təyin edilsə də, bunun nəticəsi barədə materiala hər hansı sənəd əlavə edilməmişdir. Həmçinin icra sənədi torpaq sahəsindən çıxarılma ilə bağlı olub, məcburi icra tədbirləri görülməklə icra edilməlidir. Belə olan halda, icra sənədi üzrə hər hansı məcburi icra tədbirlərinin həyat keçirilməsi iş materialları ilə təsdiqini tapmır. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən, inzibati xəta haqqında materialın natamam olması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılamağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Şəxs barəsində olan inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş digər sənədlər onu tərtib etmiş orqana – Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana – Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsinə qaytarılsın Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar