Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-269/2025 10.10.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 saylı X1 daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 264.0.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixində Gədəbəy Rayon Məhkəməsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 saylı X2 vəzifəli şəxsi tərəfindən Şəxs barəsində İXM-nin 264.0.3-cü maddəsi ilə tərtib olunmuş protokol daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, - 9 saylı X2 xx.xx.2025-ci il tarixli, 008 nömrəli Sərəncamı əsasında xidməti ərazidə nəzarət tədbirləri aparan zaman Axıncaçay çayının Gədəbəy rayonun Şınıx mahalı Arabaçı kəndindən keçən hissəsində (koordinatları 38N-537833; 4499464) mövcud olan eni 8 m uzunluğu 12 m ölçülərində inşa edilən yarım tikilinin çayın mühafizə zonasında inşa edildiyi aşkar edilmişdir. Araşdırma zamanı təqdim edilən mülkiyyət sənədləri əsasında yarım tikilinin Şəxs (şəxsiyyət vəsiqəsi AA ******* FİN xxxxxxx) məxsus olduğu müəyyən edilmişdir. Təqdim olunan sənədlərdə Azərbaycan Respublikası Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının birinci müavini müraciətə cavab məktubu ilə həmin ərazidə fərdi yaşayış evinin tikintisinin aparılmasına etiraz etməmişdir və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin (Reyestri N: **********47) çıxarışı mövcud olan 0,045 ha (450 m) torpaq sahəsində verilmişdir. Beləliklə təqdim edilən sənədlər sözügedən yarımtikilidən təxminən 10 m məsafə aralığında Şəxs məxsus həyətyani ərazidə inşa edilmiş 2 mərtəbəli yaşayış evinə aid olduğunu müəyyən edilmişdir. Bölmənin su və su təsərrüfatı obyktlərinin monitorinq qrafikinə uyğun 03 - 04 iyun 2025-ci il tarixində aparılan müşahidələr zamanı sözügedən ərazidə faktla bağlı mövcud hal aşkar edilməmişdir. Nəticədə Şəxs tərəfindən AR Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 saylı qərarının 8:22-ci hissələrininin, Su Məcəlləsinin 103-cü maddəsinin tələblərini kobud şəkildə pozulmuşdur. Akta ərazidən çəkilmiş fotoşəkillər və peyk gözüntüsü əlavə olunmuşdur. Odur ki, tərtib edilmiş inzubati xəta haqqında protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Gədəbəy rayonu, Arabaçı kəndində yerləşən özünə məxsus 0.0450 ha torpaq sahəsindən fərdi yaşayış evi inşa etmişdir. Sözügedən yarım tikili ona məxsus torpaq sahəsində yerləşmir və ona aidiyyəti yoxdur. Həmin tikili atası Arif Bayramov tərəfindən inşa edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında material işə baxılarkən tamamlanması mümkün olmayan dərəcədə natamamdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 264.0.3-cü maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində İXM-nin 264.0.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq protokolun tərtib edilməsinə əsas olmuş sözgedən yarım tikilinin Şəxs məxsus olması, tikilinin Şəxs məxsus torpaq sahəsində yoxsa su mühafizəsi zonaları və ya sahil mühafizə zolaqlarında yerləşibyerləşməməsi (müvafiq ekspert və ya mütəxəssis rəyi ilə) yoxlanılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılamağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Şəxs barəsində olan inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş digər sənədlər onu tərtib orqana – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 saylı X3 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 saylı X3 qaytarılsın. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-269/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-269/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver