Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-272/2020 20.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, və Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(042)-45/2019 saylı icra sənədinə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 334.1-ci maddələri ilə təqsirli bilinmiş və 500 manat məbləğində cərimə edilmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İcra sənədi Gədəbəy rayon İcra və Probasiya şöbəsininə daxil olmuş və xx.xx.2019-cu il tarixdə icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Borclu Gədəbəy rayon İcra və Probasiya şöbəsinə dəvət edilmiş və məhkəmənin qərarı ilə təyin edilmiş cəriməni ödəməsi tələb olunmuşdur. Borclu Şəxs cəriməni ödəmədiyindən Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(042)-45/2019 saylı icra sənədinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 334.1-ci maddələri ilə təqsirli bilinmiş və 500 manat məbləğində cərimə edilmişdir. O, heç bir yerdə işləmir. O, icra məmurlarına cərimənin ödənilməsi üçün hesab nömrəsi istəsə də ona hesab nömrəsi təqdim olunmamışdır. Ona görə də o cəriməni ödəyə bilməmişdir. O, əgər imkan yaradılarsa borcunu hissə-hissə ödəyə bilər. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(042)-45/2019 saylı icra sənədinə əsasən 500 manat cəriməni ödənmədiyindən icra sənədinin icrasından yayınması göstərilmişdir. İXM-nin 529.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət müəyyən olunur. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən, inzibati tənbeh növündə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmədə müəyyən edildi ki, barəsində icraat aparılan şəxs Şəxs AR İXM-nin 329.1 və 334.1-ci maddələri ilə nəzərdə tutulan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat cərimə edilmişdir. İXM-nin 529.2-ci maddəsi ilə məsuliyyət yaranması üçün icra edilməyən inzibati cərimə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalardan deyil, digər xətalara görə təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 529.2-ci maddəsinin tərkibi yoxdur. İXM-in 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-272/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-272/2020
20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver