Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-274/2022 01.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Tovuz regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Tovuz regional ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i: “Metag İnşaat Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialında usta vəzifəsində işləyən X1 xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı təhqiqat aparılarkən həmin şirkətin tikinti üzrə mühəndis vəzifəsində işləyən Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207 və 215-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Tovuz regional ərazi şöbəsi tərəfindən Şəxs İXM-in 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 22 sentyabr 2022-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, 16 iyun 2020-ci il tarixindən 30 avqust 2021-ci il tarixədək “Metag İnşaat Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialında mühəndis vəzifəsində işləmişdir. Eləcə də, o əlavə tapşırıq olaraq işlərin icrasına nəzarət etmişdir. İşlərin icrasına nəzarət edilməsi onun rəsmi işi olmamış, onun rəsmi işi mühəndis vəzifəsi olmuşdur. Onlar Gədəbəy rayonunda işləyən zaman 17 avqust 2021-ci il tarixdə həmin şirkətin usta vəzifəsində işləyən X8 bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Bundan sonra o 30 avqust 2022ci il tarixdən öz təşəbbüsü ilə işdən çıxmışdır. Həmin işçinin xəsarət almasında onun heç bir təqsiri olmamışdır. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Tovuz regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, “Metag İnşaat Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialında usta vəzifəsində işləyən X1 xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermişdir. Bundan sonra bununla bağlı Prezident Administrasiyasına şikayət olunmuş və bu barədə X7 Xidməti Tovuz regional ərazi şöbəsinə məlumat verilmişdir. Faktla bağlı təhqiqat aparılması üçün X7 Xidməti Tovuz regional ərazi şöbəsində komissiya yaradılmış və o həmin komissiyanın sədri təyin edilmişdir. Təhqiqat zamanı məlum olmuşdur ki, 17 avqust 2021-ci il tarixdə “Metag İnşaat Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialının mühəndisi vəzifəsində işləyən Şəxs işçilərə tikilmiş yardımçı binanın tavan hissəsinin rənglənməsi tapşırığı verilmişdir. Tapşırığın icrası ilə əlaqədar şirkətin ustası X8 qurulmuş ayaqaltının üzərində rəngləmə işləri apararkən ayağının altındaki taxta qırılmış və beton döşəmənin üzərinə düşərək xəsarət almışdır. Həmin işlərin icrasına nəzarəti şirkətin mühəndisi Şəxs etmişdir. Bunun həmin zaman orda olan işçilərdə təsdiq etmişdir. Belə olan halda Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207 və 215-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan 22 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Tovuz regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, “Metag İnşaat Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialında tikinti üzrə mühəndisi Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207 və 215-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, müsəssisədə X1 xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə nəticələnmış bədbəxt hadisə baş vermişdir. İnzibati xəta üzrə iş materiallarında olan təhqiqat aktından görünür ki, “Metag İnşaat Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialında usta vəzifəsində işləyən X1 xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 24 fevral 2022-ci il tarixli, **********6 nömrəli əmri ilə təyin edilmiş tərkibində sədr X7 Xidmətinin Qazax-Tovuz regional şöbəsi baş məsləhətçi-baş əmək müfəttişi Nümayəndə, üzvlər “Metag İnşaat Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının hüquqşünası X6 və “Metag İnşaat Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının layihə rəhbəri Canatan Hurcanın iştirakı ilə 24 fevral 2022-ci il tarixdən 5 sentyabr 2022-ci il tarixədək həmin bədbəxt hadisənin təhqiqatını aparılmışdır. Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci və 4.3-cü bəndinə əsasən “Metag inşaat Ticaret Anonim Şirket”nin Azərbaycan Respublikasındakı Filialının direktoru X2, 4.2-ci bəndinə əsasən “Metag inşaat Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının mühəndisi Şəxs cavabdehliyini müəyyən etmişdir. İnzibati xəta üzrə iş materiallarında olan İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 03/2022 saylı aktdan görünür ki, 17 avqust 2021-ci il tarixdə saat 12:00 radələrində “Metag İnşaat Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialının ustası X8 3 metr hündürlükdə qurulmuş ayaqaltının üzərində rəngləmə işləri apararkən ayağının altında olan taxta qırılmış və sol tərəfi üstə beton döşəmənin üzərinə yıxılaraq xəsarət almışdır. Həmin hadisə ilə bağlı Şəxs və X9 əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslər olmaları müəyyən edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan “Metag inşaat Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən arayışın surətindən görünür ki, Şəxs 16 iyun 2020-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək Metag inşaat Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının icra etdiyi Gədəbəy layihəsində mühəndis vəzifəsində çalışmışdır. Çalışdığı müddətdə tikinti işləri üzrə işləri yerinə yetrimişdir. Məhkəməyə təqdim edilmiş sübutlarla və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edildi ki, “Metag İnşaat Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialı tərəfindən 28 oktyabr 2019-cu il tarixdən “Gədəbəy, Tərtər və Qazax rayonlarında tullnatı sutəmizləmə qurğularının təchizatı, qurulması və layihələndirilməsi” layihəsi çərçivəsində tullantı sutəmizləmə qurğunun tikintisi işləri icra edilir. Həmin şirkət Gədəbəy rayonu ərazisində fəaliyyət göstərən zaman X8 “Metag İnşaat Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialında usta, Şəxs isə həmin şirkətdə mühəndis vəzifəsində işləmişdir. X8 3 metr hündürlükdə qurulmuş ayaqaltının üzərində rəngləmə işlərini apararkən ayağının altında olan taxta qırılmış və sol tərəfi üstə beton döşəmənin üzərinə yıxılaraq xəsarət almışdır. “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən X5 “Sol diz oynağının rentgen müayinəsində qamış sümüyünün iç epikondulusunun yer dəyişməyən sınığı” diaqnozu qoyulmuşdur. “Məhkəmə-Tibbi Ekspertiza və X4" publik hüquqi şəxsin Gədəbəy rayon şöbəsinin ekspert rəyinə əsasən, X5 təyin olunmuş “Sol diz oynağının rentgen müayinəsində qamış sümüyünün iç epikondulusunun yer dəyişməyən sınığı” diaqnozunun sağlamlığa az ağır zərər vurmaya, “sol baldırın əzilmiş-sıyrılmış yarası” diaqnozunun sağlamlığa yüngül zərər vurmaya aid olduğu müəyyən edilmişdir. Həmin vaxt işlərin aparılmasına nəzarəti şirkətin mühəndisi Şəxs etmişdir. Şəxs məhkəmə iclasında həmin işlərin aparılmasına nəzarət etməsini təkzib etməmiş, lakin, işlərə nəzarət edilməsinin rəsmi olaraq onun vəzifəsi olmadığını bildirmişdir. Faktla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Tovuz regional ərazi şöbəsi tərəfindən komissiya yaradılaraq təhqiqat aparılmış və Şəxs cavabdehliyi müəyyən edilmişdir. Eləcə də, Metag İnşaat Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialının direktoru Vüqar Camıyev tərəfindən təsdiq edilmiş İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında akta əsasən, həmin hadisə ilə bağlı Şəxs və X9 əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslər olmaları müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 198.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207-ci maddəsinin 1-c hissəsinə əsasən, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin maddənin 3-cü hissəsinə əsasən, əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 24 oktyabr 2016-cı il tarixli, 20/01-005 nömrəli qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 5.23-ci bəndinə əsasən, hündürlükdə işləri yerinə yetirmək üçün istifadə olunan ayaqaltılar, taxtabəndlər və başqa qurğular standart layihələr üzrə hazırlanmalı və müəssisə tərəfindən inventar uçota götürülməlidir. Həmin qaydaların 5.44-cü bəndinə əsasən, iş icraçısı (briqadir) hər iş növbəsi başlamazdan əvvəl, hündürlükdə işlərin təhlükəsiz təşkilinə cavabdeh işçilər isə 10 iş növbəsində bir dəfədən az olmayaraq ayaqaltılara baxış keçirirlər. Baxışın nəticələri ayaqaltıların və taxtabəndlərin qəbulu və baxışı jurnalında qeyd olunur. Məhkəmə qeyd edir ki, Şəxs qeyd edilən bədbəxt hadisə baş verərkən işçilərə nəzarəti o həyata keçirmiş, iş aparılan vaxt əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsi vəzifəsi daşımışdır. Lakin, Şəxs tikinti sahəsində istifadə olunan ayaqaltının hazırlanmasına dair layihə sənədləri, müəssisə tərəfindən inventar uçota götürülməsi barədə sənədlər, ayaqaltılara baxış keçirilməsi, baxışın nəticələri jurnalında bununla bağlı qeydlərin aparılmasını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib cərimə inzibati tənbehinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-274/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-274/2022
01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver