Məhkəmə qərarları › İş №3(042)-276/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-276/2021

25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-276/2021 25.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimovun inzibati tənbehin verilməsi haqqında 08.05.2021-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimov inzibati tənbehin verilməsi haqqında 08.05.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X2 İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş protokola görə 300 manat məbləğində cərimə edilməsini qərara almışdır. X1 RPŞ-nin 08.05.2021-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimov inzibati tənbehin verilməsi haqqında 08.05.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X2 İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş protokola görə 300 manat məbləğində cərimə edilməsini qərara almışdır. Onun hərəkətləri araşdırılmadan cərimə edilmişdir. Həmçinin zərərçəkmiş şəxs onun arvadıdır. O, zərərçəkmiş şəxs X3 ilə barışmışdır. Zərərçəkmiş şəxs bu barədə ərizə də vermişdir. Ona görə də, qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini istəyir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati tənbehin verilməsi haqqında qərardan şikayət vermiş şəxsi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimov 08.05.2021-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X7 29.01.2021ci il tarixdə Düzyurd kəndində yaşadıqları evdə arvadı Mehri Cəfərovanı döyməsinə görə İXM-in 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. Zərərçəkmiş şəxs X3 ərizə verərək, X7 ilə barışdığını bildirmiş və X5 təyin edilmiş 300 manat cərimənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X1 rayon Polis şöbəsinin rəisi Mehman Həşimov tərəfindən qəbul edilmiş qərara əsasən, 29.01.2021-ci il tarixdə Düzyurd kəndində yaşadıqları evdə arvadı Mehri Cəfərovanı döyməsinə görə İXM-in 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs X3 məhkəməyə ərizə təqdim edərək, X7 ilə barışdığını bildirmiş və X5 təyin edilmiş 300 manat cərimənin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda İXM-nin tələblərinə əsasən X2 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İXM-in 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimovun inzibati tənbehin verilməsi haqqında 08.05.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və zərərçəkmiş şəxslə barışdığına görə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimovun inzibati tənbehin verilməsi haqqında 08.05.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və zərərçəkmiş şəxslə barışdığına görə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar