Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-277/2022 17.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Gədəbəy Rayon Prokurorluğunun nümayəndəsi X6 iştirakları ilə, xx.xx.1983-cü ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X12 direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 374.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında qərar daxil olmuşdur. Gədəbəy Rayon Prokurorluğunun nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, cinayət işi üzrə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə Gədəbəy rayonu, Alnabat kənd sakini, xx.xx.1995-ci il təvəllüdlü X1 xəstəxananın Narkoloji, Ruhi-əsəb və digər şöbələrində qeydiyyatda olubolmaması, əgər qeydiyyatdadırsa, hansı diaqnozla və nə vaxtdan qeydiyyatda olması, müalicə alıb-almaması, müsbət halda barəsində olan bütün tibbi sənədlərin təsdiq edilmiş surətlərinin istintaqa təqdim edilməsi ilə bağlı “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X13 14 sentyabr 2022-ci il tarixli, sorğu göndərilsə də, həmin sorğu xx.xx.2022-ci il tarixədək cavablandırılmamışdır. “Kitablara baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gədəbəy rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ikinci mərtəbəsində yerləşən ruhi-əsəb kabinetində saxlanılan Gədəbəy rayon prokurorluğu tərəfindən Gədəbəy rayon Mərkəzi Xəstəxanasına ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğunun üzərində “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X8 direktoru Şəxs tərəfindən “Aslanov Əmirxan bax qanuni həll et” dərkənarı qoyulmuşdur. Araşdırma zamanı X4 izahatında bildirmişdir ki, 2010-cu ildən hal-hazıradək Gədəbəy rayon mərkəzi xəstənasının poliklinika şöbəsində tibb bacısı işləyir, vəzifəsi psixiatriya səviyyəsində pasiyentlərə dərmanların paylanılması, ayrı- ayrı təşkilatlardan gələn sorğulara cavab verilməsindən ibarətdir. İş qrafiki həftənin 5 günü saat 09-dan 18-dək, 6-cı günlər isə, saat 13-dək əhatə edir. Gədəbəy rayon prokurorluğu tərəfindən Gədəbəy rayon mərkəzi xəstəxanasına ünvanlanmış xx.xx.2022-ci il tarixli üzərində “Aslanov Əmirxan bax qanuni həll et” dərkənarı qoyulmuş sorğuya diqqətsizliyi ucbatından vaxtında cavab verməmiş, həmin sorğu təxminən iki həftə bundan əvvəl cavablandırılması üçün ona verilmişdir. Araşdırma zamanı X3 izahatında bildirmişdir ki, 2022-ci ilin mart ayından hal-hazıradək Gədəbəy rayon mərkəzi xəstəxanasının ümumi şöbəsinin müdiri vəzifəsində işləyir. Vəzifəsi Gədəbəy rayon mərkəzi xəstəxanasına daxil olan bütün müraciətlərin, sənədlərin qəbul edilməsi, X7 proqramında işlənildikdən sonra aidiyyəti şöbələrə yönləndirilməsi, daha sonra isə, həmin sənədlərin icra vəziyyətinə nəzarət edilməsindən ibarətdir. Gədəbəy rayon prokurorluğu tərəfindən Gədəbəy rayon mərkəzi xəstəxanasına ünvanlanmış xx.xx.2022-ci il tarixli üzərində “Aslanov Əmirxan bax qanuni həll et” dərkənarı qoyulmuş sorğu Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının ümumi şöbəsinə daxil olmadığı üçün ona gec cavab verilməsinin səbəbi barədə məlumatı olmamışdır. Belə ki, bəzi hallarda sorğular ümumi şöbəyə deyil, xəstəxananın hər hansı bir işçisinə təqdim olunur və bu səbəbdən həmin sənədlərin icrasına tərəfindən nəzarət edilməsi mümkün olmur. “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X12 “Daxil olan sənədlərin qeydə alınması” kitabından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gədəbəy rayon prokurorluğu tərəfindən Gədəbəy rayon mərkəzi xəstəxanasına ünvanlanmış xx.xx.2022-ci il tarixli üzərində “Aslanov Əmirxan bax qanuni həll et” dərkənarı qoyulmuş sorğu Gədəbəy rayon Mərkəzi Xəstəxanasının ümumi şöbəsinə daxil olmamışdır. “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X12 “Göndərilən sənədlərin qeydə alınması" kitabından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində X2 ilə bağlı Gədəbəy rayon prokurorluğuna hər hansı sənəd göndərilməmişdir. Gədəbəy rayon prokurorluğunun “Göndərilən sənədlərin qeydiyyatı” (Reyestr) kitabından görünür ki, xx.xx.2022-ci il tarixdə “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X12 direktoru Şəxs ********* nömrəli sorğu göndərilmişdir. Gədəbəy rayon prokurorluğunun “Xidməti sənədlərin qeydiyyatı” kitabından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X11 rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə sorğuya cavab verilməmişdir. Ona görə də, o, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs sorğuya vaxtında cavab vermədiyi üçün inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, Gədəbəy rayon prokurorluğu tərəfindən Gədəbəy rayon Mərkəzi Xəstəxanasına ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğunun üzərinə onun tərəfindən “Aslanov Əmirxan bax qanuni həll et” dərkənarı qoyulmuş, lakin işlərinin çoxluğu səbəbindən həmin sənədin icra vəziyyəti ilə maraqlana bilməmişdir. Sonradan Gədəbəy Rayon Prokurorluğunun sorğusuna cavab verilmişdir. Ona görə də, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X12 “Daxil olan sənədlərin qeydə alınması” kitabından Çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gədəbəy rayon prokurorluğu tərəfindən Gədəbəy rayon mərkəzi xəstəxanasına ünvanlanmış xx.xx.2022-ci il tarixli, ********* nömrəli, üzərində “Aslanov Əmirxan bax qanuni həll et” dərkənarı qoyulmuş sorğu Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının ümumi şöbəsinə daxil olmamışdır. İşdə olan “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X12 “Göndərilən sənədlərin qeydə alınması" kitabından Çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində X2 ilə bağlı Gədəbəy rayon prokurorluğuna hər hansı sənəd göndərilməmişdir. İşdə olan Gədəbəy rayon prokurorluğunun “Göndərilən sənədlərin qeydiyyatı” (Reyestr) kitabından Çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X12 direktoru Şəxs ********* nömrəli sorğu göndərilmişdir. İşdə olan Gədəbəy rayon prokurorluğunun “Xidməti sənədlərin qeydiyyatı” kitabından Çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X11 rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə sorğuya cavab verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsinə əsasən İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə Gədəbəy Rayon Prokurorluğunun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Gədəbəy Rayon Prokurorluğunun sorğusunun cavablandırılması üçün sorğuya dərkənar qoyulmuş, icraçıların səhlənkarlığı nəticəsində sorğuya cavab verilməmişdir. Lakin bundan başqa həmin sorğu gec də olsa cavablandırılmışdır. Yəni, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin əlamətləri müəyyən edilməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-277/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-277/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver