Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-278/2020 26.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, Gədəbəy rayon Qaradağ kəndində yaşayan, əvvəllər məhkum edilmiş, Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinə gələrək ucadan ünvansız nalayiq söyüşlər söyməsi və X2 təhqir etməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə sərxoş vəziyyətdə Gədəbəy Rayon Məhkəməsinə gəlmiş, ona çoxsaylı məktubların gəlməsi ilə əlaqədar iradını bildirmək istəmişdir. Lakin həmin vaxt şənbə günü olduğu üçün məhkəmə işçiləri məhkəmədə olmamışdır. Bu zaman o, ünvansız söyüşlər söymüş, mühafizəçi onu məhkəmənin inzibati binasından çıxarmaq istəsə sərxoş olduğundan mühafizəçi ilə aralarında mübahisə olmuşdur. Etdiyi əməldən peşmandır. O, zərərçəkmişdən üzr istəmiş və onunla barışmışdır. Ona görə də daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə sərxoş vəziyyətdə Gədəbəy Rayon Məhkəməsinə gəlmiş, ona çoxsaylı məktubların gəlməsi ilə əlaqədar iradını bildirmək istəmişdir. Lakin həmin vaxt şənbə günü olduğu üçün məhkəmə işçiləri məhkəmədə olmamışdır. Bu zaman Şəxs ünvansız söyüşlər söymüşdür. O, Şəxs məhkəmənin inzibati binasından çıxarmaq istəmiş, bu zaman onunla aralarında mübahisə olmuşdur. Barəsində iş üzrə icraat aparılan şəxs ondan üzr istəmiş və barışmışlar. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsində ucadan ünvansız nalayiq söyüşlər söymüş və X2 təhqir etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə inzibati xəta törətmiş şəxsin, zərərçəkmişin və şahidin izahatlarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında X2 ucadan nalayiq söyüşlər söymüş, yəni, ictimai qaydanı pozmuş və bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini tərətmişdir. Yəni, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini, əməlindən peşman olmasını, zərərçəkmişlə barışmasını və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 50 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-278/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-278/2020
26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver