Məhkəmə qərarları › İş №3(042)-280/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-280/2021

18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-280/2021 18.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Gədəbəy rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olan, Gədəbəy rayonu, Yenikənd kəndində yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsinin X5 Bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 17.10.2021-ci il tarixdə sərxoş vəziyyətdə ünvanlı-ünvansız söyüşlər söyərək polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ailə üzvləri ilə bilikdə Gədəbəy rayonu, Yenikənd kəndində yaşayır. O, heç bir yerdə işləmir. 17.10.2021-ci il tarixdə o, öz yaşadığı evdə spirtli içki qəbul etmişdir. Həmçinin Gədəbəy rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli, 3(042)-239/2021 saylı qərarı ilə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. O, sərxoş olduğuna görə DİN-nin 102 xidmətinə zəng edərək polis əməkdaşlarının hansı səbəb görə onu 10 gün müddətinə inzibati qayada həbs etməsini bildirmiş, daha sonra yenə DİN-nin 102 xidmətinə zəng vuraraq eyni məzmunlu müraciətini bildirmişdir. Bir qədər sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək şikayətinin nədən ibarət olması ilə maraqlanmışlar. Bu zaman, o, sərxoş vəziyyətdə olduğu üçün səs-küy salmışdır. Bundan sonra polis əməkdaşları onu polis bölməsinə aparmışdır. O, etdiyi əməldən peşmandır. Birdə belə hərəkətlərə yol verməyəcəkdir. X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy RPŞ-nin Yeni Saratovka PB-nin polis nəfəridir. 17.10.2021-ci il tarixdə Gədəbəy rayonu, Yenikənd kəndində yaşayan Şəxs DİN-nin 102 xidmətinə verdiyi məlumata əsasən, əməliyyat-istintaq qrupu ilə birlikdə Şəxs yaşadığı Yenikənd kəndinə getmişlər. Onlar, qeyd edilən ünvanda olan zaman Şəxs sərxoş vəziyyətdə küçəyə çıxaraq “dövlətə və polisə” qarşı ünvanlı-ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq, onlara qarşı nalayiq ifadələr işlədərək öz nizam-intizamsız hərəkətlərini davam etdirmişdir. Onlar ona görə də Şəxs polis şöbəsinə dəvət etmişlər. X1 məhkəmə iclasında X4un izahatı ilə eyni məzmunlu ifadə verdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək onun əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində həmin maddə ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta üzrə iş materiallarında olan 17 oktyabr 2021-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin X5 Bölməsinin sahə rəisi polis leytenantı X3 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17.10.2021-ci il tarixdə ünvanlı-ünvansız söyüşlər söyərək polisin qanuni tələbinə tabe olmamışdır. İXM-in 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Maddənin məzmunundan aydın olur ki, polisin qanuni tələbinə qəsdən tabe olmama o halda olur ki, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra etsin və bu zaman inzibati xəta törətmiş şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmasın. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Məhkəmə qeyd edir ki, Şəxs polisin qanuni tələbinə tabe olmaması barədə heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. MN ******* №-li, 17 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. Məhkəmə həmçinin dindirilmiş şahidlərin izahatlarına qiymət verərək qeyd edir ki, hər iki şahid polis əməkdaşıdır. Onlar izahatlarında barəsində icraat aparılan şəxsin onların qanuni tələblərinə əməl etmədiyini bildirsələr də, bu tələbin nədən ibarət olmasını və qanuninilliyini əsaslandıra bilmədilər. Odur ki, onların izahatları ilə barəsində icraat aparılan şəxsin İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi onun qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Polis şöbəsinin X5 Bölməsinin sahə rəisi polis leytenantı X3 tərəfindən tərtib edilmiş MN ******* №-li, 17 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, Şəxs təqsiri sübuta yetirilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 77, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar