Məhkəmə qərarları › İş №3(042)-280/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-280/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-280/2022 11.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ərizəçi X2 və Gədəbəy Rayon Polis Şöbəsinin nümayəndələri X7 və X4 iştirakları ilə, X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin mərkəzi məlumat serverində yerləşdirilmiş qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 ərizə ilə məhkəməyə müraciət etmiş mülkiyyətində olan “VAZ 21213” **-NA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi haqqında Azərbaycan Respublikası DİN BDYPİ-nin mərkəzi məlumat serverində yerləşdirilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Gədəbəy rayonu, Miskinli kəndində yaşayır. “VAZ 21213” markalı. **-NA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var. X3 onun tanışıdır. xx.xx.2022-ci il tarixdə avtomaşını Gədəbəy rayonu, Miskinli kəndinin mərkəzində saxlamış, həmin vaxt avtomobili işə salmaq üçün açar avtomobilin üzərində olmuşdur. Həmin vaxt X3 onun avtomobilinə əyləşmiş, avtomaşının işə salaraq Çalburun kəndində yerləşən evlərinə tərəf sürmüşdür. Bu vaxt Gədəbəy Rayon Polis Şöbəsinin yol polisi əməkdaşları onu saxlatmışdır. Müəyyən edilmişdir ki, X3 ona məxsus avtomaşını sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. X1 törətdiyi inzibati xətaya görə barəsində İXMin 329.1. 332.1 və 334.1 -ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o. həmin maddələrlə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. X3 cəriməni 2 ay müddətində ödəmədiyi üçün dəbbə pulu ilə birlikdə hesablanmış 800 manat məbləğində cərimənin ödənilməsini təmin etmək üçün ona məxsus olan “VAZ 21213" markalı, **-NA- *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar onun mülkiyyət hüquqlarını pozur. Həmin inzibati xəta onun tərəfindən deyil, X3 tərəfindən onun avtomobilini idarə edərkən törətdilmişdir. X1 cəriməni ödəməsini təmin etmək üçün mülkiyyətində olan avtomobilin duracağa yerləşdirilməsi onun hüquqlarını pozur. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Gədəbəy Rayon Polis Şöbəsinin nümayəndəsi X8 izahat verərək, bildirmişdir ki, inzibati xəta törədildiyi zaman X5 məxsus avtomobili X3 idarə etmiş, inzibati xəta haqqında protokol ona yazılmışdır. Cərimə iki ay müddətə idarə edilmədiyi üçün müvafiq səlahiyyətli şəxsin qərarı ilə inzibati cərimənin ödənilməsi məqsədilə həmin avtomobil duracağa yerləşdirilməsi barədə qərar qəbul edilir. Həmin qərar Azərbaycan Respublikası DİN BDYPİ-nin mərkəzi məlumat serverində yerləşdirilir. Hazırda həmin qərarı elektron sistemdən çıxarmaq mümkün deyil. X5 məxsus avtomobil həmin qərara əsasən Gədəbəy Rayon Polis Şöbəsinin duracağında yerləşdirilmişdir. Məhkəmə iclasında Gədəbəy Rayon Polis Şöbəsinin nümayəndəsi X10 eyniməzmunlu izahat vermişdir. İşdə olan TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq, belə hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X6 mülkiyyətində olan “VAZ 21213” **-NA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi haqqında Azərbaycan Respublikası DİN BDYPİ-nin mərkəzi məlumat serverində yerləşdirilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, şikayətçiyə məxsus avtomobil X3 tərəfindən sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, X5 məxsus avtomobillə başqa şəxsin inzibati xəta törətməsi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Ona görə də şikayət təmin edilməli, X2 mülkiyyətində olan “VAZ 21213” **-NA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi haqqında Azərbaycan Respublikası DİN BDYPİ-nin mərkəzi məlumat serverində yerləşdirilmiş qərar ləğv edilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 mülkiyyətində olan “VAZ 21213” **-NA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi haqqında Azərbaycan Respublikası DİN BDYPİ-nin mərkəzi məlumat serverində yerləşdirilmiş qərar ləğv edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN BDYPİ-nə və Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar