Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-281/2021 03.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Barəsində inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Şəxs Gədəbəy şəhəri, H.Əliyev prospekti ünvanında 14.10.2021-ci il tarixdə, saat 11:15-də müvafiq icazə olmadan, həmçinin onun tələblərini pozmaqla açıq məkanda reklam yerləşdirməsinə görə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi Şəxs İXM-in 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərək toplanmış materialla birlikdə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy şəhərində “MODA BU” ticarət obyektində fiziki şəxs kimi fəaliyyət göstərir. Hazırda fəaliyyət göstərdiyi obyekt ona məxsus deyil, Məhərrəm adlı şəxsə məxsusdur. O, 2021-ci ilin aprel ayından orada fəaliyyət göstərməyə başlamışdır. Ticarət obyektinin sahibi ilə arasında icarə müqaviləsi bağlanmamışdır. Həmin reklamları obyektə o yerləşdirməmişdir. Ondan əvvəl həmin obyektdə başqa şəxslər fəaliyyət göstərmişdir. Reklam yerləşdirilən qeyri-yaşayış sahəsi başqa şəxsin mülkiyyətindədir. Onun həmin obyektə hər hansı hüququ yoxdur. Odur ki, ona məxsus olmayan qeyri-yaşayış sahəsində yerləşdirilmiş reklama görə o məsuliyyət daşımır. Ona görə də hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin səlahiyyətli nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, o, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsində hüquq və kadr işləri üzrə mütəxəssis işləyir. Gədəbəy şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən “MODA BU” Şəxs tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayınlamışdır. Ona görə də, Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinə dəvət edilsə də, gəlməkdən imtina etmişdir. Şəxs adına VÖEN vardır və vəzifəli şəxsdir. Beləliklə, Şəxs dövlət rüsumunu ödəməkdən boyun qaçırır. Ona görə də, Şəxs İXM-in 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini istəyir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs Gədəbəy şəhəri, H.Əliyev prospekti ünvanında 14.10.2021-ci il tarixdə, saat 11:15-də müvafiq icazə olmadan, həmçinin onun tələblərini pozmaqla açıq məkanda reklam yerləşdirməsinə görə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən, müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, Şəxs əməlində ona istinad edilən İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xata tərkiblərinin yaranması üçün Şəxs qeyd edilən ticarət obyektinin mülkiyyətçisi olmalı və ya həmin obyektdən rəsmi qayada istifadəsini təsdiq edən sənəd olmalı və müvafiq icazəsi olmadan həmin obyektdə açıq məkanda reklam yerləşdirməlidir. Məhkəmədə müəyyən olundu ki, Şəxs Gədəbəy şəhəri, H.Əliyev prospekti ünvanında 14.10.2021-ci il tarixdə, saat 11:15-də müvafiq icazə olmadan, həmçinin onun tələblərini pozmaqla açıq məkanda reklam yerləşdirməsinə görə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi Şəxs İXM-in 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, Şəxs qeyd edilən ticarət obyektinin mülkiyyətçisi olması və ya həmin obyektdən rəsmi qayada istifadəsi, həmçinin qeyd edilən ticarət obyektində yerləşdirilən reklam elanlarının Şəxs tərəfindən yerləşdirilməsi işdə iştirak etmiş şəxslərin izahatları və inzibati xəta haqqında materialla təsdiqini tapmadı. Şəxs isə əksinə izahatında həmin reklam elanlarının onun tərəfindən yerləşdirilmədiyini, qeyd edilən ticarət obyektinin onun mülkiyyətində olmadığını və obyektin sahibi ilə arasında hər hansı icarə müqaviləsi bağlanmadığını bildirdi. Məhkəmə hesab edir ki, məhkəmədə tədqiq edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə açıq məkanda reklam yerləşdirilməsi qaydasının pozulması müəyyən edilsə də, bu pozuntunun Şəxs aidiyyəti sübuta yetirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xataların tərkibi yoxdur. Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi işin halları tam olaraq araşdırmadan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-in 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-281/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-281/2021
03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver