Məhkəmə qərarları › İş №3(042)-281/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-281/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-281/2025 17.10.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, İsmayılov Nuru Sahib oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən obyektin sahibkarı Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirməməsi nəticəsində onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanaraq, xx.xx.2025ci il tarixli, MN № ******* nömrəli inzibati protokol tərtib edilmiş və materiallar baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 428.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon məhkəmələri baxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, sözgedən obyekti icra əsasında işlətmişdir. Vergi ödəyicisi kimi qeydiyyatdadır. Hazırda həmin obyekti işlətmir və yerləşdirilmiş reklam lövhəsi ona aid deyildir. Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən obyektin sahibkarı Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirməmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, təqdim edilmiş sənədləri tədqiq edərək aşağıdakı əsaslara görə hesab edir ki, Şəxs inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İşdə olan protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilmişdir. İnzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokol, ona əlavə edilmiş sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs reklam lövhəsinin yerləşdirildiyi obyektin ona məxsus olmadığını, icra əsasında işlətdiyini və yerləşdirilmiş reklam lövhəsinin ona aidiyyatının olmadığını bildirsə də, məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Eləcə də, Şəxs bundan əvvəl müxtəlif tarixlərdə olmaqla sözgedən obyekt üzrə reklam lövhəsinin yerləşdirilməsinə icazə verilməsi məqsədi ilə müvafiq orqana müraciətləri olmuşdur. Bu hal isə sözgedən reklam lövhəsinin Şəxs tərəfindən yerləşdirilməsinə əsas verir və bunun əksi sonuncu tərəfindən sübuta yetirilmir. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə işin hallarını nəzərər alaraq, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 45-48, 114-116, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar