Məhkəmə qərarları › İş №3(042)-282/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-282/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-282/2022 10.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi Qərardan şikayət vermiş şəxs X7 iştirakı ilə, Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X7 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X10 İXM-in 327.2 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilməsini qərara almışdır. X2 RPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X10 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Babək küçəsində o idarə etdiyi “Kamaz 55111” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə, X1 məxsus “Mercedes E290” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil və X4 məxsus “Nissan Sunny” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşmuşdur. Həmin vaxt Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsi tərəfindən onun barəsində İXM-nin 332.1 və 327.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək 60 manat məbləğində cərimə olunmuşdur. Lakin, onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilməklə qərara qəbul edilmişdir. Belə ki, idarə etdiyi “Kamaz 55111” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil həyat yoldaşı X5 adına olmuşdur. Onun nəqliyyat vasitəsini idarə etməyə etibarnaməsi olmasa da, nəqliyyat vasitəsi X8 ilə onun birgə mülkiyyəti olmuşdur və o nəqliyyat vasitəsini nikah haqqında şəhadətnamə əsasında idarə etmişdir. X8 ilə o nikahlarını Gədəbəy rayonu İnəkboğan kənd İƏD üzrə nümayəndəlidə rəsmiləşdirmişlər. Bu barədə nikah alt qeydləri kitabında 33 nömrə ilə qeyd edilmişdir. Nəqliyyat vasitəsini idarə edərkən nikah haqqında şəhadətnaməsi üzərində olmuş və polis əməkdaşlarına təqdim etmişdir. Nikah haqqında şəhadətnaməsini ərizəsinə əlavə etmişdir. Göründüyü kimi, o, Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin əməkdaşı tərəfindən əsassız olaraq cərimə edilmişdir. Hazırda isə "xxxx" ASC Gədəbəy rayon Məhkəməsində ona qarşı iddia “Nissan Sunny” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq müəyyən edilmiş 3700 manat məbləğində pulun subraqasiya qaydasında ondan tutulmasını tələb edir. Subraqasiya hüququnun yaranmasına əsas isə onun nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməməyinə görə Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP № ******* nömrəli qərarı İXM-nin 332.1 və 327.2-ci maddələri ilə təqsirli bilinməsi olmuşdur. Göründüyü kimi, həmin qərar əsasında əsassız olaraq cərimə edilmiş və "xxxx" ASC-nin ondan subraqasiya qaydasında dəymiş zərər olaraq müəyyən edilmiş 3700 manat pulun ondan tələb edilməsinə əsas vermişdir. Beləliklə həmin qərar onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Ona görə də, Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi istəyir. Onun həmin qərardan "xxxx" ASC tərəfindən ona qarşı iddia qaldırılarkən xəbəri olmuşdur. O, bununla bağlı Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə yaxınlaşaraq, 12 oktyabr 2022-ci il tarixdə barəsində olan qərarın surətini almışdır. Həmin vaxtadək onun barəsində belə bir qərarın olmasından xəbəri olmamışdır. Ona görə də, onun həmin qərardan şikayət verməsi üçün müddət buraxılmamışdır. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayət və toplanmış materialları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarının surətindən görünür ki, X10 İXM-in 327.2 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AD № 626029 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kamaz 55111” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında X5 adına qeydə alınmışdır. İş materiallarında olan AZ-İ № 794689 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, X10 və X14 nikahlarını xx.xx.2012-ci il tarixdə Gədəbəy rayonu, İnəkboğan kənd İƏD üzrə nümayəndəliyində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 33 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. Məhkəmə qərardan şikayət verməsi üçün nəzərdə tutulmuş müddətin buraxılıbburaxılmamasına münasibət bildirərək qeyd edir ki, X3 rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından xx.xx.2022-ci il tarixdə məlumatının olduğunu və həmin tarixədək barəsində belə bir qərarın olmasından xəbərinin olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə isə həmin qərardan şikayəti məhkəməyə daxil olmuşdur. Belə olan halda X10 barəsində olan inzibati tənbeh verilməsi haqqında qərardan şikayət verməsi üçün müddət buraxılmamış hesab edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Babək küçəsində X10 idarə etdiyi “Kamaz 55111” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə, X1 məxsus “Mercedes E290” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil və X4 məxsus “Nissan Sunny” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşmuşdur. Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, X10 İXM-in 327.2 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. X10 isə həmin qərardan şikayət verərək, idarə etdiyi avtomobilin arvadının adına olduğunu və həmin vaxt avtomobili aralarında olan nikah haqqında şəhadətnamə əsasında idarə etdiyini bildirmiş və həmin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qeyd edilən hüquq normasında görünür ki, ər-arvadın nikahda olduqları dövrdə əldə etdikləri daşınar və daşınmaz əmlaklar onların ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə qeyd edir ki, “Kamaz 55111” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında X5 adına qeydə alınmışdır. X10 və X14 nikahlarını xx.xx.2012-ci il tarixdə Gədəbəy rayonu, İnəkboğan kənd İƏD üzrə nümayəndəliyində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 33 № ilə qeyd edilmişdir. Belə olan halda, “Kamaz 55111” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 və X14 nikahda olduqları müddətdə yəni, xx.xx.2019-cu il tarixdə X5 adına qeydə alındığından həmin avtomobil onların ümumi birgə mülkiyyəti hesab edilir və həmin yol-nəqliyyatı hadisəsi baş verən zaman X7 avtomobili etibarnamə olmadan idarə etmək hüquq olmuşdur. Bu da onu göstərir ki, X7 əməlində İXM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-nin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət yaranır. İXM-nin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət yaranır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X10 qərarın onun İXM-in 332.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilməsini tələb etməkdə haqlı olduğunu sübuta yetirsə də, qərarın İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilməsinə əsas verən hər hansı sübut məhkəməyə təqdim edə bilmədi, eləcə də, məhkəmə iclasında qərarı həmin hissədə mübahisələndirmədi. Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarı, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X7 şikayəti qismən təmin edilsin. Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarı qismən ləğv edilsin və X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarı X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar