Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-283/2021 20.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Qumlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs ictimai yerdə ictimai qaydanı pozaraq ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin onun bu hərəkətlərinin qarşısı alınmasına və nizam-intizama dəvət etməyə çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Qumlu kəndində yaşayır. O, 19.10.2021-ci il tarixdə saat təxminən 20:30 radələrində Gədəbəy rayon Mərkəzi Xəstəxanasının yanından keçən zaman sərxoş olduğu üçün tanımadığı bir qadınla mübahisə etməyə başlamışdır. Bu zaman hadisə yerinə polislər gəlmişdir. Ona görə də, polis əməkdaşları onu Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. O, polis maşına özü minmiş, polis əməkdaşlarına müqavimət göstərməmişdir. O, polis şöbəsinə içkili olduğuna görə səs küy salmışdır. O, etdiyi hərəkətlərdən səmimi peşmandır. Birdə belə hərəkətlərə yol verməyəcəkdir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Gədəbəy RPŞ-nin sahə rəisi vəzifəsində işləyir. 19 oktyabr 2021-ci il tarixdə saat 20:30-da Gədəbəy RPŞ-nin Növbətçi hissəsindən Gədəbəy RPŞ-nin dəftərxana müdirəsi X2 zəng edərək Gədəbəy rayon Mərkəzi Xəstəxanasının qarşısında keçən yolda tanımadığı şəxsin idarə etdiyi “VAZ 2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili onun üzərinə sürdüyünü və avtomobilin içərisində tanımadığı sərnişinin onun üzərinə gəlib hədə qorxu gəldiyini deməsi bildirilmişdir. Ona görə də, o, istintaq əməliyyat qrupunun üzvləri ilə birlikdə hadisə yerinə yollanmışdır. Hadisə yerinə çatan zaman tanimadığı, adını sonradan bildiyi X4 ucadan söyüşlər söyüdüyünü görüb, istintaq əməliyyat qrupunun üzvləri ilə birlikdə Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq, yenədə söyüşlər söyərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Həmçinin Şəxs ağzında gələn qoxu ilə sərxoş olduğu hiss olunmuşdur. Şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə Gədəbəy RPŞ-nə gətirmişlər. Şəxs Gədəbəy RPŞ-nin inzibati binasında da qanunsuz hərəkətlərini davam etdirmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək X7 həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan 19 oktyabr 2021-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı Firuz Rəsulzadə tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ictimai yerdə ictimai qaydanı pozaraq ucadan nalayiq söyüşlər söymüş və ona qanunu izah edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs 19 oktyabr 2021-ci il tarixdə, saat 20:49 radələrində orta dərəcəli sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs ictimai yerdə ictimai qaydanı pozaraq ucadan nalayiq söyüşlər söymüş və ona qanunu izah edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu şahid ifadələri, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi qanuni, daha ədalətli və məqsədəmüvafiqdir. İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-283/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-283/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver