Məhkəmə qərarları › İş №3(042)-284/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-284/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-284/2024 29.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Qərardan şikayət vermiş şəxs X5 iştirakı ilə, Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X5 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə X5 İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş protokola görə 300 manat məbləğində cərimə edilməsini qərara almışdır. X12 şikayət verərək, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 300 manat cərimə olunması barədə Gədəbəy Rayon Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X13 03 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, o, X2 Rayon Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X13 03 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 300 (üç yüz) manat cərimə olunmuşdur. Gədəbəy Rayon Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X13 03 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından narazıdır, qərar tam əsassız və qanunsuzdur. Gədəbəy Rayon Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X13 03 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı 04 oktyabr 2024-cü il tarixli məktuba əlavə olunmuş sənəd kimi ona rəsmi qaydada təqdim olunsa da, həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol ona göndərilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraata başlanılmasına əsas X6 102 xidmətinə müraciəti olmuşdur. Müraciət əsasında Gədəbəy RPŞ-nin TB-də araşdırma başlanılmışdır. Araşdırma zamanı X14 izahatında göstərmişdir ki, 22 avqust 2024-cü il tarixdə qaynı Elçin Rüstəmovla aralarında pilləkənlə bağlı yaranmış mübahisə zəminində sonuncu onu sinəsindən itələmişdir. Həmçinin evin özünə məxsus olmasını deyib onun evdən çıxmasını tələb etmiş, nalayiq ifadələrlə təhqir etmişdir. X18 həmçinin əlavə izahat verib 25 avqust 2024-cu il tarixdə aralarında yaranmış mübahisə zamanı 25 avqust 2024-cu il tarixdə yaşadıqları evdə əri Rövşən Rüstəmov və qaynı Elçin Rüstəmov arasında torpaq sahəsinin otunun biçilməsi ilə bağlı baş vermiş dava zamanı Elçinin şifer parçası ilə sağ ayağına xəsarət yetirməsini bildirmişdir. Halbuki, 25 avqust 2024-cu il tarixdə aralarında yaranmış mübahisə zamanı heç bir dava-dalaş olmamış və mülkiyyət hüququ ilə ona məxsus olan Gədəbəy Şəhəri, X24 küçəsi ev 19 ünvanda səbəbsiz yerə mübahisə yaradan X14 DİN -nin 102 xidmətinə səbəbsiz yerə zəng edib, ona böhtan ataraq guya o Mahirənin ayağına xəsarət yetirmişdir. Lakin mübahisə yaranan zaman sözügedən ünvanda usta kimi gəlmiş X17, X6 həyat yoldaşı yəni onun qardaşı X10 olmuşdur. Həmin vaxt X10 həyat yoldaşı X3-küyünə gələrək, həyatyanı sahədə işləyən usta X11 və ona söyərək, həyətdə olan otların təmizlənməməsini tələb etmişdir. Lakin o ona məxsus həyətin otlarının təmizlənməsinin vacib olduğunu dedikdə, Rövşən ot biçmək üçün nəzərdə tutulmuş kərəntəni götürərək, X7 üzərinə gəlmişdir. O, Rövşənə mane olmuş, lakin Rövşənin hirsi soyumadığı üçün bu zaman yerdə götürdüyü dam örtüyü olan şefir qırığını ona atmış, bu zaman X14 onun qarşısına keçdiyi üçün həmin şifer qırığı Mahirənin baldırına dəymişdir. Bütün bunlar onların, yəni usta Əlinin və onun gözünün qarşısında olmuşdur. X14 DİN -nin 102 xidmətinə dəfələrlə zəng edərək, guya onun sonuncunu təhqir etməsi və ya döyməsi barədə yanlış məlumatlar vermişdir. Həttda dəfələrlə Gədəbəy Rayon Polis Şöbəsi qərarı ilə X6 şikayəti əsasız olduğundan cinayət işinin başlanması rədd etmişdir. 22 avqust 2024cü il tarixdə yenə heç bir əsas olmadan DİN -nin 102 xidmətinə zəng edərək yanlış məlumat vermişdir. Gədəbəy Rayon Polis Şöbəsində işləyən Bünyad adlı sahə inspektoru ona məxsus həyətə gələrək şikayət olunduğunu bildirmişdir. Lakin sahə rəisi Bünyad görmüşdür ki, X14 heç bir səbəb olmadan, əksinə özü tərəfindən əsasız yerə mübahisə yaradaraq onun barəsində yanlış məlumat vermişdir, polis şöbəsində işləyən Bünyad adlı sahə rəisi Mahirənin bu hərəkətini qınadığı halda, X14 yenə mübahisə yaradaraq bu dəfə sahə rəisi Bünyadla mübahisə etməyə başlanmışdır. Göründüyü kimi şifer parçasının onun tərəfindən atılması iddiası aralarıda mübahisə olan X10 və onun arvadı X14 tərəfindən irəli sürülmüşdür. Qeyd etməyi zəruri hesab edir ki, şiferi Rövşən Rüstəmov aralarında yaranmış mübahisə zəminində ona atmaq istəmiş, lakin şifer ona yox, arvadı X8 dəymişdir. Araşdırma zamanı bunu şahid qismində ifadə vermiş X17 da təsdiqləmişdir, lakin təhqiqatçı şahid ifadəsini nəzərə almamışdır. Həmçinin ekspertiza rəyində hadisənin onun tərəfindən törədilməsini təsdiq edəcək heç bir əsas olmadığı halda təhqiqatçı cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 03 sentyabr 2024-cü il tarixli qərarının müəyyən etdi hissəsində Mahirəyə onun tərəfindən xəsarət yetirilməsi qeyd edilmişdir. Bu iddia ilə razılaşmır, belə ki ekspert rəyində xəsarətin özü-özünə yetirilməsinin inandırıcı olmaması qeyd olunmuşdur, təhqiqatçı isə bunun əsasında həmin xəsarətin onun tərəfindən yetirilməsini qeyd etmiş, həmin xəsarətin onun və X7 verdiyi ifadəyə uyğun olaraq X10 tərəfindən törədilə biləcəyini nəzərə almamışdır. Təhqiqatçı bu mülahizəsində heç bir dəlilə və mötəbər sübuta əsaslanmamışdır. Qərardan şikayət vermiş şəxs X12 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Asəf Mirzəyevin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X12 xx.xx.2024-cü il tarixdə qardaşı arvadı X9 qəsdən döyüb dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdiyinə görə İXM-in 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 03 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, X6 müraciətlə bağlı cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilməsi və qərarın surətinin X5 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçun ictimai Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, 22 avqust 2024-cü il tarixdə saat 14:26-da Gədəbəy şəhər sakini X14 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib qaynı Elçinin onu döyməsini və evdən çıxarmasını bildirmiş və həmin gün ərizə ilə müraciət edib sinəsindən itələyib təhqir etməsini bildirmişdir. X18 25 avqust 2024cü il tarixdə qaynı Elçinlə aralarında yaranmış münaiqşə zəmnində şifer parçası ilə sağ ayağına vurub xəsarət yetirməsi barədə ərizə ilə Gədəbəy rayon Polis şöbəsinə müraciət etmişdir. Bununla bağlı araşdırma aparılmış və toplanmış material üzrə 25 avqust 2024-cü il tarixdə X12 aralarında yaranmış torpaq sahəsinin otunun biçilməsi ilə bağlı mübahisə zamanı X6 ayaq nahıyyəsınə şifer parçası ilə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi və Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi müəyyən edilmişdir. Nəticədə Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Elbəy Muxtarovun cinayət işi başlanmasının rədd edilməsi haqqında 03 sentyabr 2024-cü il tarixli qərarına əsasən, X6 müraciət ilə bağlı cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi və qərarın surətinin X5 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçun ictimai Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. Gədəbəy rayon Polis şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Asəf Mirzəyevin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə X5 İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş protokola görə 300 manat məbləğində cərimə edilməsini qərara almışdır. Göründüyü kimi, X12 barəsində inzibati xəta haqqında qərar qəbul edilməsinə yeganə əsas kimi Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Elbəy Muxtarovun cinayət işinin başlanmasını rədd edilməsi barədə qərarı götürülmüş, inzibati xəta haqqında iş üzrə icraat başlanıldıqdan sonra hadisəni görmüş şahidlərin dairəsi müəyyənləşdirilməmiş və onlar dindirilməmiş, zərər çəkmiş şəxsin şikayətinin olub-olmaması aydınlaşdırılmamış, eləcə də, X12 izahatında X8 hər hansı xəsarət yetirmədiyini bildirmişdir. Belə olan halda Gədəbəy rayon Polis şöbəsi tərəfindən toplanmış material ilə Mahirə Rüstəmovaya yetirilmiş dərəcəsi təyin edilməyən xəsarətlə X5 əlaqəsi müəyyən edilmir. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Bütün qeyd olunan hallara məhkəmə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İXM-in 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Gədəbəy rayon Polis şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Asəf Mirzəyevin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılması Gədəbəy rayon Polis şöbəsinə tapşırılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 şikayəti qismən təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Asəf Mirzəyevin inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə yenidən baxılması Gədəbəy rayon Polis şöbəsinə tapşırılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar